Dünya çempionatının təntənəli açılış mərasimi keçirildi - Moskvada

img

14-06-2018 [19:26]


Moskvadakı "Lujniki” stadionunda futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasiminə keçirilib

Mia.az bildirir ki, Futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasimində ingiltərəli məşhur müğənni Robbi Uilyams və rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina möhtəşəm ifaları ilə arenaya toplaşan azarkeşlərə unudulmaz anlar bəxş ediblər.

Qeyd edək ki,Dünya çempionatında 32 milli komanda mübarizə aparır. 

Millilər hər birində dörd komanda olan səkkiz qrupda yer alıblar:

"A” qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir və Uruqvay;

"B” qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran;

"C” qrupu: Fransa, Avstraliya, Peru, Danimarka;

"D” qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya;

"E” qrupu: Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya;

"F” qrupu: Almaniya, Meksika, İsveç, Koreya Respublikası

"G” qrupu: Belçika, Panama, Tunis, İngiltərə;

"H” qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya.

Hər qrupda ilk iki yeri tutan komandalar səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaqlar.

Dünya çempionatının qrup mərhələsinin oyunları iyunun 14-dən 28-dək keçiriləcək. Bir günlük istirahətdən sonra - iyunun 30-da start veriləcək səkkizdəbir final mərhələsinə iyulun 3-də yekun vurulacaq. İyulun 4-ü və 5-i çempionatda növbəti istirahət günləri olacaq. İyulun 6-da və 7-də dörddəbir, iyulun 10-da və 11-də yarımfinal görüşləri keçiriləcək. İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR