"Fərqli irqdən olan insanlarla cinsi əlaqədə olmaq təhlükəlidir" - Xanım nazir rus qızlarına səsləndi

img

14-06-2018 [18:34]


Futbol üzrə dünya çempionatı ilə bağlı Rusiyanın  Ailə, Qadın və Sosial Siyasət naziri Tamara Pletnova rus qadınlarına xəbərdarlıq edib.

Mia.az Rusiya mətbuatına istinadən bildirir ki, xanım nazir çempionatı izləmək üçün Rusiyaya gələcək azarkeşlərlə rus qızlarının intim münasibətdə olmasından narahatlığını ifadə edib: 

"Bəli, ölkəmizə gələcək bir çox insanla intim münsibətdə olmaq ailələrin parçalanmasına səbəb ola bilər. Xüsusən, fərqli bir irqdən olan insanlarla cinsi əlaqədə olmaq təhlükəlidir. Mən ölkəmizdə evliliklərin daimi və sağlam olmasını görmək istəyirəm. Öz ölkəmizin içində evliliklər görmək istəyirəm. Kişi hansı ölkədən olursa-olsun, Rusiya vətəndaşı olandan sonra yaxşı bir ailə qurula bilər. Milliyyətçi biri deyiləm, amma məsələnin reallığı belədir”. 
 

Digər xəbərlər
SON XƏBƏRLƏR