Şriftin ölçüsü / 351 dəfə oxunub

"İstərdim ki, bir qrup jurnalist istədiyi anda gömrük idarəsinə getsin" - Komitə sədrindən təklif

14 Iyun 2018 [18:28]
"Media ilə əməkdaşlıq qarşımıza qoyduğumuz  əsas prioritetlərdəndir”.

Demokrat.Az xəbər verir ki, bu sözləri Gömrük Komitəsinin sədri Səfər Mehdiyev jurnalistlər üçün təşkil olunmuş "Azərbaycan gömrüyü – bu gün və sabahın çağırışları” seminarında deyib. 

Sədr bildirib ki, Komitənin əsas məqsədlərindən biri də jurnalistlərlə qarşılıqlı əməkdaşlıq nəticəsində məlumatların iş adamlarına, vətəndaşlara daha doğru formada çatdırılmasıdır: "Mən istərdim ki, bir qrup jurnalist birləşərək sırf bizim dediyimiz vaxtlarda yox, onlar istədiyi anda gömrük idarəsinin və dairələrinə səfərlər etsin. İşləri izləyib, özləri qiymət versinlər. Hətta onlara qısa bir müddətlik "gömrükçü” adı verilə bilər”.

Daha sonra sədr qeyd edib ki, il ərzində 5 milyon 400 min insana xidmət edirik: "Bu rəqəm kifayət qədər böyükdür. Ancaq biz istəyirik ki, hər şey arzuolunan formada həyata keçirilsin”.

Seminarda çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov da jurnalistlərin gömrük məntəqələrində olmasını yüksək qiymətləndirərək İran və Gürcüstan sərhəd keçid məntəqələrinə səfərlərin təşkil olunması təklifini irəli sürüb.


SON XƏBƏRLƏR
12:45 13.07.2018
Şeyx Kralla görüşdü