ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Dünya Çempionatı başlayır - Bu gün Rusiya millisi meydana çıxacaq - mia.az
Şriftin ölçüsü / 403 dəfə oxunub

Dünya Çempionatı başlayır - Bu gün Rusiya millisi meydana çıxacaq

14 Iyun 2018 [09:03]
Bu gün Rusiyada Futbol üzrə Dünya Çempionatı başlayacaq.

Mia.az xəbər verir ki, çempionatın açılış oyunu Rusiya millisi ilə Səudiyyə Ərəbistanı yığması arasında baş tutacaq.

Oyun Moskvadakı "Lujniki” arenasında Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək. 

Qarşılaşmanı argentinalı hakim Nestor Pitana idarə edəcək. Onun köməkçiləri eyni ölkədən Xuan Pablo Bellati və Hernan Maidana olacaq. Dördüncü hakim vəzifəsi isə braziliyalı Sandro Riççiyə verilib.

Qeyd edək ki, mundialın oyunları «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti tərəfindən alınıb. Bu isə o deməkdir ki, Azərbaycanda azarkeşlər dörd ildən bir keçirilən mötəbər turniri "Azərbaycan Televiziyası" və "İdman Azərbaycan" kanalı vasitəsilə canlı izləyə biləcəklər. 

Bu kanallarla yanaşı, İTV də oyunları verəcək.




ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR