Sabiq deputat qohumu olan DİN generalını qınadı: "Təmkinli olmalı idi"

img

13-06-2018 [20:33]


Xəbər verildiyi kimi, DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis general-mayoru və Quba rayon İcra Hakimiyyətinin sabiq başçısı Ərziman Əliyev Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı başlanan cinayətlə hıbs edilən qardaşı Nəciməddin Mikayıl oğlu Əliyevlə bağlı sual vermək istəyən jurnalist Əli Cahangiroğlunu küçə söyüşləri ilə təhqir edib. 

Baş verən olay artıq cəmiyyət tərəfindən tənqid edilib.Bir çox millət vəkilləri ziyalılar, sosial şəbəkələrdən istifadə edən adi insanlar general Ərziman Əliyevi sərt tənqid edərək onun düzgün addım atmadığını bildiriblər.

"Bizim Yol" məsələ ilə bağlı keçmiş millət vəkili, eks nəqliyyat naziri Ziya Məmmədovun qardaşı və adıçəkilən general Ərziaman Əliyevin yaxın qohumu Elton Məmmədova müraciət edib. 

O, sayta açıqlamasında generalın bu hərəkətini pislədiyini bildirib.

"Hər bir vətəndaş özünə və hərəkətinə davranışına görə cavabdehdir. Kimsə kiminsə yerinə cavabdehlik daşımır. Mən bu yerdə Ulu öndər Heydər Əliyevin bir kəlməsini yada salmaq istəyirəm: "Tənqidi məqsədəuyğun hesab edirəm, təhqir isə yolverilməzdir".

Bütün hallarda o təmkinli olmalı idi. Onunla yaxın münasibəti olan biri kimi deyirəm, hələ qohumluğu qoyaq qırağa, biz ondan əvvəl dostuq. O, bir generalı kimi təmkinli olmalı idi. Ola bilər, insandı da, təmkinli olmalı idi, olmayıb. Onun insan kimi şəxsiyyətinə hörmətim var. Bu hərəkəti barədə onunla danışmamışam, müzakirə etməmişəm. Çünki elədiyi hərəkətə görə özü cababdehdir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR