Şriftin ölçüsü / 461 dəfə oxunub

«Təhlükəsiz gələcək-Dayanıqlı İnkişaf Məqsədlərinin ictimai təbliği» mövzusunda dəyirmi masa

12 Iyun 2018 [23:03]
İyunun 8-də «Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Şəmkir rayonunda «Təhlükəsiz gələcək-Dayanıqlı İnkişaf Məqsədlərinin ictimai təbliği» mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin regional idarəsindən və Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən olan nümayəndələr və Goranboy rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Layihə rəhbəri Sevinc Kərimova layihənin məqsəd və məramından söz açaraq bildirib ki, bu alyihədə məqsəd dayanıqlı İnkişaf anlayışının və bununla bağlı dövlətlərin və hər bir vətəndaşın öhdəliklərin ictimaiyyət arasında təbliği və bu anlayışların dərki yolunda marifləndirici tədbirlərdən ibarətdir. O, bildirib ki, layihə dövlətimizin tərəfdaş çıxdığı Dayanıqlı İnkişaf Məqsədlərinin tələbləri və məhdudiyyətləri üzrə öhdəsinə götürdüyü öhdəliklərin icrasi ilə bağlı fəaliyyətlərə dəstək olmaq vəzifəsini daşıyır. S. Kərimova nın sözlərinə görə, dəyirmi masalarda çoxlu sayda mərkəzdən uzaq rayonlarımıda yaşayan vətəndaşlarımızda gələcək nəslin mövcudluğu üçün məsuliyyətli olmaq , imkanları düzgün dəyərləndirmək təbii resurslara və ətraf mühitə daha həssas yanaşmaq kimi fikirlər aşılanacaq.

Şəmkir rayon icra hakimiyyətinin nümayəndəsi Davud Süleymanov, İqtisadiyyat Nazirliyinin Gəncə Qazax regional idarəsinin əməkdaşı Əli İsgəndərov mövzu ətrafında çıxışlar edib.ər və səmərəli təkliflər səsləndirdilər. 

Davamlı inkişafın dayaqları olan ətraf mühit, kənd təssərüfatının inkişafı məsələləri, mövcud vəziyyət və çıxış yollları üzərində fikir mübadiləsi aparıldı.

Dəyirmi masa iştirakçıları fəal müzakirələri çay sürəsi arxasında davam etdi.
Qeyd edək dəyirmi masa Azərbaycan Respublikası Prezidenti yanında Qeyri –Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə «Təhlükəsiz gələcək -Dayanıqlı İnkişaf Məqsədlərinin ictimai təbliği» mövzusunda tədbirlərin təşkili layihəsi çərçivəsində həyat keçirilir. Növbəti anoloji dəyirmi masa iyulun 6-da Gədəbəy rayonunda baş tutacaq.




SON XƏBƏRLƏR