Şriftin ölçüsü / 336 dəfə oxunub

QHT-lərin fəaliyyəti haqqında həftəlik xəbərlər proqramı hazırlanacaq: "Əsas format vətəndaş jurnalistikası olacaq"

12 Iyun 2018 [11:36]
QHT-lərin fəaliyyəti haqqında həftəlik xəbərlər proqramı hazırlanacaq.

Bu barədə Mia.az-a "İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin sədri Cəsarət Hüseynzadə məlumat verib.

 O qeyd edib ki, QHT TV-nin dəstəklənməsinə yönələn bu fəaliyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "QHT sektorunda baş verən mühüm hadisələr və QHT-lərin fəaliyyəti haqqında video informasiyaların hazırlanması və yayımının təşkili” layihəsi çərçivəsində baş tutacaq. 

Layihənin  məqsədi  QHT-lərin fəaliyyətinin təşviq edilməsi ilə müxtəlif sektorlar arasında etimadın artırılmasına və cəmiyyətin davamlı inkişafına nail olmaqdır. 

Cəsarət Hüseynzadə bildirib ki, layihə ümumilikdə  Azərbaycanda  qeyri-kommersiya sektorunun təbliğini, QHT-lərin sosial və digər problemlərin həllinə verdiyi töhfələri, sektorlar arası ünsiyyət və qarşılıqlı inamın inkişaf etdirlməsinə dəstək verməyi hədəfləyir. 

Layihə çərçivəsində QHT-lərin fəaliyyətini işıqlandıran həftəlik xəbərlər proqramının hazırlanması nəzərdə tutulur.  Həftəlik xəbərlər blokunda 10-a yaxın QHT-nin fəaliyyəti və tədbirləri, eyni zamanda həftənin vətəndaş cəmiyyəti ilə bağlı önəmli xəbərlərinə yer veriləcək. Xəbərlər blokunun 10- 15 dəqiqə olmaqla həftədə 1 dəfə, layihə müddətində 20 buraxılış hazırlanması nəzərdə tutulub. 

Cəsarət Hüseynzadə bildirib ki, layihələrin icrası zamanı yeni forma və metodlardan istifadə etmək əsas hədəfləridir:

"Bu layihədə xəbərlər blokunun hazırlanmasında əsas format vətəndaş jurnalistikası olacaq. Belə ki,  təşkilat layihənin daha əhatəli olmasının təmin etmək üçün xəbərlər blokunu QHT-lərldən gələn video  materiallar vasitəsi ilə hazırlanmasın planlaşdırır.  Bununla bağlı QHT-lər üçün xüsusi maarifləndirici video material da hazırlanacaq”. 

Layihə rəhbərli QHT-ləri yaradılan bu imkandan istifadə etməyə çağırıb: 

 "Bizim bütün QHT-lərin tədbirlərində çəkiliş etməyə imkanımız yoxdur. Bildiyiniz kimi QHT-lər layihələr çərçivəsində keçirilən tədbirlərin  video çəkilişlərini aparır. Həmin video çəkilişlərdən 1-2 dəqiqələrik görüntü  təqdim etdikləri halda,  təşkilatın fəaliyyətini xəbərlər blokunda işıqlandırılması mümkün olacaq. Bu sistemi keyfiyyətli və operativ formada qura bilsək həm QHT TV üçün həm də ictimai birliklər üçün  yeni mərhələnin əsası qoyulacaq”. 

Bundan başqa layihə çərçivəsində həftənin ictimai əhəmiyyətli əsas hadisəsini müzakirə etmək üçün QHT rəhbərləri ilə həftədə 1 dəfə, ümumilikdə 20 müsahibənin hazırlanması nəzərdə tutulur.

 Hazırlanmış xəbərlər, müsahibələr və reportajlar  QHT TV –nin internet səhifəsi (www.qhttv.az), QHT.az saytı, QHT TV–nin  youtube kanalı və digər sosial şəbəkələrdə yayımlanacaq. 

QHT TV-nin rəhbəri bildirib ki, layihənin icrasının texniki təminatın təşkil olunması ilə bağlı İnternet TV üçün kiçik studiyanın qurulması istiqamətində aparılan işlər davam edir.

Bu işlərin iyun ayının sonlarına yekunlaşması gözlənilir.

Qeyd edək ki, QHT TV ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən ""QHT TV” - vətəndaş cəmiyyəti təşkilatları üçün media imkanlarının genişləndirilməsi”  layihəsi çərçivəsində fəaliyyətə başlayıb.

Eyni zamanda Cəsarət Hüseynzadə QHT TV-dən öncə www.qht.az saytı üzərindən ilk dəfə Azərbaycanda QHT-lərin elektron bazasını və şəbəkəsini formalaşdırmışdır.

 Hazırda həmin şəbəkədə 700-ə yaxın  QHT haqqında informasiya bazası formalaşdırılmış və 700 QHT üçün subdomenli sayt yaradılmışdır. Eyni zamanda QHT-lərin fəaliyyəti haqqında gündəlik xəbərlər yayımlanır.


SON XƏBƏRLƏR