Şriftin ölçüsü / 256 dəfə oxunub

FHN Qaradağda ölümlə nəticələnmiş qəza barədə məlumat yaydı

12 Iyun 2018 [11:24]
Bakı şəhərinin Qaradağ rayonunda "VAZ” markalı minik avtomobili və "Kamaz” markalı yük avtomobili toqquşub.

Mia.az FHN-ə istinadən bildirir ki, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

Xatırladaq ki, qəza nəticəsində bir ailənin 3 üzvü vəfat ediblər.


SON XƏBƏRLƏR