ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide İTV-də sosial reklamın yayım qaydaları dəyişdirildi - Prezident sərəncamı - mia.az
Şriftin ölçüsü / 614 dəfə oxunub

İTV-də sosial reklamın yayım qaydaları dəyişdirildi - Prezident sərəncamı

11 Iyun 2018 [19:13]
Prezident İlham Əliyev "İctimai televiziya və radio yayımı haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu təsdiqləyib.

Mia.az-ın məlumatına görə, bu barədə prezident sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, İctimai TV-də sosial reklam "Reklam haqqında” qanuna uyğun olaraq yayımlanacaq.

Dəyişikliyə görə, ictimai yayım proqramlarında (verilişlərində) yayımlanan reklam asan başa düşülən olmalı və həmin proqramların (verilişlərin) elementlərindən vizual (görüntülü) və ya akustik (səsli) şəkildə fərqlənməlidir.

Digər dəyişikliyə görə isə sponsor reklamı şəxsin sponsor qismində göstərilməsi şərti ilə yayımlanmalıdır.

Sponsor reklamında yalnız sponsorun adı, fəaliyyət sahəsi və əmtəəsi haqqında məlumat, əmtəə nişanı, firmanın loqosu qaçan sətirlə göstərilməklə, vizual, yaxud audio vasitələrlə təqdim oluna bilər. Hər bir ictimai yayım proqramında (verilişində verilən sponsor reklamında bu məlumatların ümumi həcmi 2 dəqiqədən çox olmamalıdır.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR