İcra başçısı uşaqlar döyülən bağçaya gəldi - Fotolar

img

11-06-2018 [19:10]


Xəbər verdiyimiz kimi, Bakıdakı məşhur özəl bağçalardan birində-"Kids Studio”da uşaqlara qarşı kobud rəftarın videogörüntüləri yayılıb.

"Qafqazinfo”nun əməkdaşları sözügedən bağçaya yollanıblar.

Məlum olub ki, hazırda Yasamal rayonunda yerləşən bağçada uşaqların əksəriyyəti evə yola salınıb. Əraziyə toplaşan jurnalistlərə bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır, bağça rəhbərliyi yaxın dəqiqələrdə mətbuata açıqlama ilə çıxış edəcək.

Jurnalistləri içəri buraxmayan bağça əməkdaşları özləri də çölə çıxmamağı üstün tuturlar. Bu arada jurnalistlər öyrənə bilib ki, bağçada bir uşaq üçün aylıq ödəniş haqqı 250 manat təşkil edir.

Uşaqlara qarşı kobud davranan şəxsin Firuzə Tağıyeva adlı tərbiyəçi olduğu deyilir.

***

Artıq məsələ böyük rezonansa səbəb olub, elə bunun nəticəsi kimi də Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da bağça ərazisinə gəlib.

***

İcra başçısının iki müavini bağçaya girərək məsələni araşdırmaq üçün gəldiklərini bildiriblər. Bir müddət sonra bağçadan çıxarkən məsələ ilə bağlı bağça müdirinin açıqlama verəcəyini deyiblər.

***

Bağçanın müdiri Nigar Müseyibova heç bir açıqlama verməyəcəyini bildirib və əlavə edib ki, onsuz da bağça bundan sonra fəaliyyət göstərməyəcək.

Murad Əhməd






Digər xəbərlər
SON XƏBƏRLƏR