Rövşən Rzayev BMT nümayəndələri ilə görüş keçirdi

img

11-06-2018 [13:25]


İyunun 11-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cənubi Qafqaz üzrə regional nümayəndəliyinin rəhbəri Yohannes van der Klaus və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelislə görüşüb.

Dövlət Komitəsinin sədri ölkəmizdə məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı dövlət səviyyəsində irihəcmli layihilərin həyata keçirildiyini bildirib. Qeyd olunub ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ölkə Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olub və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, irihəcmli proqramlar icra edilir.

Qeyd edilib ki, Aprel hadisələri zamanı işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncam tarixi hadisədir. Cocuq Mərcanlı Azərbaycan xalqının əzəli torpaqlarına qayıdışının simvoludur. Bu kəndin bərpası xalqımızın işğal altında olan digər ərazilərimizi də geri qaytarmaq əzmində olduğunu qəti şəkildə nümayiş etdirir.

Dövlət Komitəsinin sədri BMT QAK-ın məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı müxtəlif layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Təşkilatın ölkəmizdəki uzunmüddətli və davamlı fəaliyyəti müsbət dəyərləndirilib.

Furio de Angelis Cocuq Mərcanlıda məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasından sonra bir işlərdə yaxından iştirak etdiyini və kənddə qiymətləndirmə apardıqlarını bildirib. BMT QAK-ın Azərbaycanda məcburi köçkünlərlə bağlı bir sıra layihələr həyata keçirməyi planlaşdırdıqlarını deyib.

Görüşdə eyni zamanda iyunun 20-də Ümumdünya qaçqınlar gününün keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Məcburi köçkünlərlə bağlı həyata keçiriləcək layihələr ətrafında əməkdaşlıq perspektivləri müzakirə olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR