Şriftin ölçüsü / 775 dəfə oxunub

Güləşçimiz erməni idmançıya qalib gəldi - Avropa Çempionatının finalına çıxdı

10 Iyun 2018 [00:34]
Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata əsasən, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub.

61 kq-da mübarizə aparan Elçin Vəliyev Rumıniya idmançısına qalib gəlsə də yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Eçinin həlledici görüşdə rəqibi Türkiyə idmançısı olacaq.

92 kq-da yarışan Şamil Zubairov isə ardıcıl olaraq Rusiya və Ermənistan təmsilçilərinə qalib gəlib və finala yüksəlib. Qızıl medal uğrunda görüşdə güləşçimizin rəqibi Gürcüstan idmançısı olacaq.

Final görüşləri Bakı vaxtı ilə 10 iyun saat 19:30-da başlayacaq.

61 kq

Bürünc medal görüşü - Ertuğrul Kahveci (TUR) - Elçin Vəliyev

1/2 final - Elçin Vəliyev - Vitalie Bunici (MDA) 5:7

1/4 final - İon Surugiu (ROU) - Elçin Vəliyev 0:10

86 kq

1/8 final - İllia Arçaia (UKR) - Hacımurad Məhəmmədsəidov 14:4

92 kq

FİNAL - Şamil Zubairov - İrakli Mtsituri (GEO)

1/2 final - Sargis Hovsepyan (ARM) - Şamil Zubairov 5:7

1/4 final - Şamil Zubairov - Batırbek Tsakulov (RUS) 10:5




SON XƏBƏRLƏR