Şriftin ölçüsü / 608 dəfə oxunub

Azərbaycanda kəskin istilər gözlənilir

09 Iyun 2018 [18:57]
"İyunun ilk ongünlüyündə çox kəskin istilər müşahidə olunmayıb. Bəzi günlərdə havanın temperaturu normadan 4-5 dərəcə aşağı olub. Növbəti dövrdə isə havanın hərarəti nisbətən norma daxilində dəyişəcək. İyunun ikinci yarısından etibarən, o cümlədən iyul-avqust aylarında kəskin istilərin olacağı ehtimalı var".

Mia.az xəbər verir ki, bunu AzərTAc-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji təbliğat şöbəsinin ictimaiyyətlə əlaqələr və təbliğat sektorunun müdiri Umayra Tağıyeva deyib.

Nazirlik rəsmisi bildirib ki, son 10 il ərzində hərarətin 35 dərəcədən çox olduğu günlərin sayı artıb. Anomal isti günlərin sayında və davamiyyətində artım müşahidə olunur. Proqnozlara görə təkcə, Azərbaycanda deyil, dünyada da qeydə alınan və iqlim dəyişkənliyinin təzahürü olan bu tendensiya davam edəcək.

"Əgər illik temperatur rejiminə baxsaq, 1961-1990-cı illərə nisbətən havanın orta illik temperaturu 1,4 dərəcə artıb. Bu isə qlobal istiləşmənin göstəricisidir. İqlim dəyişmələri anomal hidrometeoroloji hadisələrin sayının artmasında da özünü göstərir. İsti dövrlər də anomal hidrometeoroloji hadisə kimi səciyyələndirilə bilər. Son on il ərzində xüsusilə yay aylarında normadan yuxarı temperatur rejimi üstünlük təşkil edir. Azərbaycanda 2010-cu il ən isti il olub. Belə ki, həmin il isti günlərin sayı maksimum göstəriciyə çatıb”,-deyə U.Tağıyeva qeyd edib.



SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...