09-06-2018 [11:10]
Ötən gün Bakıda "LİBRAFF Park Akademiya” adlı kitab mağazasının və Avropa-Azərbaycan Cəmiyyətinin Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyinə həsr olunmuş kitablarının təqdimatı baş tutub.
Tədbirdə ictimaiyyət, siyasət və mədəniyyət nümayəndələri, media üzvləri iştirak edib. Təqdimatı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təsisçisi və sədri Tale Heydərov açıb. O, açılışda iştirak edən hər kəsə minnətdarlığını bildirərək "LİBRAFF”ın fəaliyyəti barədə danışıb:
"Bu mağaza şəbəkəsi 2017-ci ildə yaradılıb və paytaxtın görkəmli yerlərində, hava limanında, tanınmış ticarət mərkəzlərində və Gəncədə oxucuların xidmətinə verilib. "LİBRAFF” kitab bölməsi azərbaycan, rus, ingilis, türk və digər xarici dillərdə olan zəngin kitabxanası ilə insanların xidmətindədir.
"LİBRAFF”ın flaqman mağazası-"Park Akademiya”nın yerinin seçilməsindən onun dizayn tərtibatına və xidmətin təşkilinədək hər bir məsələ məqsədyönlü xarakter daşıyır. Bu yer Azərbaycan Milli Elmlər Akademiyasının, Bakının çoxsaylı pedaqoji heyəti, tələbə-şagird kontingenti olan universitet və məktəblərin qovşağında yerləşir. İstər zahiri, istərsə də daxili etibarilə kitaba hörmət hissi yaradır.
Oxucular burada dünyanın görkəmli nəşriyyatlarının nəşrləri, müasir poliqrafiyanın son nailiyyətləri ilə tanış ola biləcəklər. Bununla da "LİBRAFF Park Akademiya” elmi-mədəni və kitab mərkəzi kimi formalaşacaq”.
T. Heydərov daha sonra "LİBRAFF”ın yaranması yolunda "TEAS Press” Nəşriyyat Evinin mühüm rol oynadığını qeyd edib:
"Bu gün "TEAS Press” nəinki Azərbaycanda, hətta onun hüdudlarından kənarda da tanınır. "TEAS Press”, "3 alma” və "Yay” markaları ilə çıxan kitablar artıq oxucuların sevimli nəşriyyat brendinə çevirilmişdir. İstanbulda fəaliyyət göstərən "TEAS Yayınçılı” Türkiyənin ən qabaqcıl 10 nəşriyyatı sırasına daxil olmuşdur.
Bu gün "LİBRAFF Park Akademiya”nın açılışı ilə eyni zamanda, Avropa Azərbaycan Cəmiyyətinin Cümhuriyyətin 100 illiyinə həsr edilmiş nəşrləri də təqdim olunur. "TEAS”da bu tarixi hadisəyə öz töhfəsini verib və bu məqsədlə Azərbaycanda ilk dəfə yeni və əsaslı layihələr həyata keçirilib. Onların içərisində Türkiyənin Osmanlı dövrü arxivləri və mətbuatından toplanmış sənəd, materialların 4 toplusu mühüm yer tutur. Avropa Azərbaycan Cəmiyyətinin həyata keçirdiyi digər unikal layihə 1923-1927-ci illərdə Məmməd Əmin Rəsulzadənin rəhbərliyi və redaktorluğu ilə İstanbulda çıxmış mühacir "Yeni Kafkasya” dərgisinin bütün saylarını əhatə edən dörd cildlik kitabın nəşridir”.
Təqdimat mərasimində Mədəniyyət nazirinin müavini Vaqif Əliyev və Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev də "LİBRAFF” heyətini, oxucuları kitab mağazasının açılışı münasibətilə təbrik ediblər.
Daha sonra tədbirdə iştirak edən digər qonaqlar da kitab və kitab mağazaları barədə öz fikirlərini bölüşüblər.
Elvin Elxan
Fotolar: Nuran Məmmədov
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"