warez script warez forum sanal santral orkide hacklink al musa yıldırım script indir shell indir logsuz shell mavi orkide Script indir PHP Scriptler Ataşehir Kuaförü Ataşehir Erkek Kuaförü Ataşehir kadın kuaförü
Şriftin ölçüsü / 574 dəfə oxunub

Səxavət Tağlar “Vətənpərvərlik işində xidmətlərinə görə” medalına layiq görüldü - FOTOLAR

08 Iyun 2018 [21:42]
Azərbaycan Respublikasinin Əməkdar müəllimi, yazıçı-publisist Səxavət Tağlar(Tağıyev) həm uğurlu pedaqoji fəaliyyətində, həm də ədəbi yaradıcılığında Vətənpərvərlik tərbiyəsinə görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə "Vətənpərvərlik işində xidmətlərinə görə” medalına layiq görülüb.

Bu barədə Mia.az-a verilən məlumata görə, İmişli rayon MKS-da keçirilən təqdimolunma mərasimində İctima Birliyin İmişli rayon üzrə sədri Ələddin Qardaşov medalı Səxavət Tağlara təqdim edib.

Kürdəmir Regional Mədəniyyət İdarəsinin İmişli rayon təmsilçisi Nazim Əzimov, Qarabağ müharibəsi veteranı Sərraf Ağayev, yazıçı Valeh Bahaduroğlu, müəllimin iş yoldaşları – Atamoğlan İmranov, Əlidursun İsayev, MKS-nın direktoru Lətifə Məmmədova və mədəniyyət işçisi Kəmalə Ələkbərova Səxavət Tağların ədəbi və pedaqoji fəaliyyətinin Vətən sevgisinin müxtəlif çalarlarından danışıblar.

Sonda Səxavət Tağlar təltifə görə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İdarə Heyətinin sədri Mehdi Mehdiyevə və tədbir iştrakçılarına öz dərin təşəkkülünü bildirib.








SON XƏBƏRLƏR
17:31 19.03.2019
Nazarbayev istefa verdi