AMEA-nın yeni Rəyasət Heyəti seçilib - SİYAHI

img

08-06-2018 [16:29]


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirlib.

Yığıncaqda Rəyasət Heyətinin yeni tərkibi seçilib. Eyni zamanda Akademiyanın bölmələrinin akademik katibləri də seçilib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun direktoruRasim Əliquliyevqurumun akademik katibi seçilib.

Akademiyanın Biologiya və Tibb Elmlər Bölməsinin akademik katibiƏhliman Əmiraslanov, Fizika-Riyaziyyat və Texnika Bölməsinin akademik katibiNazim Məmmədov, Yer Elmləri Bölməsinin akademik katibiFəxrəddin Qədirov, Kimya Bölməsinin akademik katibiDilqəm Tağıyev, İctimai Elmlər Bölməsinin akademik katibiNərgiz Axundova, Humanitar Elmlər Bölməsinin akademik katibi isəTeymur Kərimliolub.

AMEA Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyev və AMEA Gəncə Bölməsinin sədri Fuad Əliyev seçiliblər.

Nərgiz Paşayeva, İradə Hüseynova və Bilal Bilalov həm də Rəyasət Heyətinin yeni üzvləri seçiliblər.



Digər xəbərlər
SON XƏBƏRLƏR