Gömrük Komitəsindən jurnalistlərə ÇAĞIRIŞ

img

08-06-2018 [15:07]


Son illərdə ölkəmizdə iqtisadiyyatının inkişafı və şaxələndirilməsinə münbit şərait yaratmaq məqsədilə həyata keçirilən mütərəqqi islahatlar gömrük sisteminin də dinamik inkişafına münbit şərait yaradıb.

Ticarət təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi, idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, ölkəmizin tranzit potensialının gücləndirilməsi məqsədilə gömrük sistemində tətbiq olunan yeniliklər bu sahəyə yeni yanaşmaları zəruri edir.

Dövlət Gömrük Komitəsi media qurumları və nümayəndələri ilə əlaqələrin daha da möhməkləndirilməsi, gömrük işinin fəlsəfəsi və gömrük sahəsində tətbiq olunan yeniliklərin daha aydın şəkiləd ictimaiyyətə çatdırılması məqsədilə iyunun 13-14 tarixlərində jurnalistlər üçün "Azərbaycan Gömrüyü-bu gün və sabahın çağırışları” mövzusunda seminar təşkil edir.

Seminar Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçiriləcək. Seminarda DGK-nın mütəxəssisləri gömrük nəzarətinin təşkili, gömrük sistemində informasiya texnologiyalarının tətbiqi, qanunvericilik, gömrük hüquqpozmaları və digər sahələrdə iştirakçılar qarşısında təqdimatlarla çıxış edəcək, onları maraqlandıran sualları cavablandıracaq. Ümid edirik ki, bu seminarda iştirakınız qarşılıqlı səmərəli əməkdaşlıq əlaqələrinini daha da inkişafına şərait yaradacaq.

Rəhbərlik etdiyiniz qurumun bir əməkdaşının adıçəkilən seminarda iştirakını təmin etməyinizi xahiş edirik.

əlaqə:

050-776-07-11 Şahin Rzayev

012-404-22-00 (daxili-01-32) Züleyxa Hacıyeva

Shahinrzayev74@gmail.com



Digər xəbərlər
SON XƏBƏRLƏR