Şriftin ölçüsü / 855 dəfə oxunub

Akif Əlizadə yenidən AMEA prezidenti seçildi

08 Iyun 2018 [15:19]

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağında qurumun prezidenti vəzifəsinə seçki keçirilib.

Səsvermədə 66 nəfər iştirak edib. Səsvermə nəticəsində AMEA-nın prezidenti vəzifəsinə bu qurumun hazırkı rəhbəri akademik Akif Əlizadə seçilib.

A.Əlizadə yenidən ona etimad göstərənlərə təşəkkür edərək, deyib: "Bundan sonra da var gücümlə çalışacağam. Qarşımıza qoyulan hədəflərə nail olmaq üçün əlimdən gələni əsirgəməyəcəm".

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev elmimizin qarşısına mühüm vəzifələr qoyub: "Azərbaycan elmi irəlidə olmalıdır. Bu vəzifələrin icrası bizim elmimizin əsas inkişaf yoludur. Biz Akademiyada aparılan islahatları bir qədər də dərinləşdirməli, intibah yolunu bir qədər də genişləndirməliyik. Qarşımızda duran ən böyük məsələ budur".

Yığıncaqda, həmçinin AMEA-nın Rəyasət Heyətinin yeni tərkibi seçiləcək.

Ümumi yığıncaqda Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü, professor Nərgiz Paşayeva, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, dövlət rəsmiləri, akademiyanın həqiqi və müxbir üzvləri, deputatlar, ali məktəb rektorları iştirak edirlər.

***

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən illik ümumi yığıncağında AMEA-nın prezidenti vəzifəsinə bu qurumun hazırki prezidenti Akif Əlizadənin namizədliyi irəli sürülüb.

İclasda prezident vəzifəsinə namizəd kimi akademik Akif Əlizadənin adının gizli səsvermə büllleteninə daxil edilməsi barədə qərar qəbul olunub. Qeyd edək ki, AMEA prezidenti Akademiyanın həqiqi üzvləri tərəfindən seçiləcək.

Yığıncaqda, həmçinin AMEA-nın Rəyasət Heyətinin yeni tərkibi seçiləcək.


Akademiyanın prezidenti ümumi yığıncaqda 5 il müddətinə seçiləcək.

Xatırladaq ki, AMEA-nın hazırki prezidenti akademik Akif Əlizadə bu vəzifəyə 2013-cü ildə seçilib.



SON XƏBƏRLƏR