ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer "Balaş Qasımovun İTV rəhbərliyinə gətirilməsi..." - Qulu Məhərrəmlidən şərh - mia.az
Şriftin ölçüsü / 691 dəfə oxunub

"Balaş Qasımovun İTV rəhbərliyinə gətirilməsi..." - Qulu Məhərrəmlidən şərh

08 Iyun 2018 [12:09]
"Balaş Qasımovun İTV rəhbərliyinə gətirilməsi indiki solğun televiziya mühitimizdə müsbət hadisədir".

Mia.az bildirir ki, bu sözləri tanınmış telejurnalist Qulu Məhərrəmli deyib.

Onun sözlərinə görə,  "Çto, qde, koqda”, "Breyn rinq” və s. baxımlı layihələrin ekrana daşıyıcısı kimi tanınmış Balaş Qasımov intellektualdır, işgüzardır, bacarıqlıdır: 

"Adətən, prodakşn studiyalarında belə ciddi layihələri reallaşdıran insanlar TV istehsalını və komanda işini yaxşı mənimsəyir, adamları yaxşı tanıyır, geniş əlaqələri olur, özlərini diqqətli menecer, rəhbər və gözəl prodüser kimi ifadə edə bilirlər. B.Qasımov bəlli sferada bu peşəkar keyfiyyətlərə yiyələnmiş şəxs kimi qəbul edilir.
 
Biz də məhz bu gərəkli keyfiyyətlərinə görə B.Qasımovun ictimai televiziyanı düçar olduğu mənəvi-əxlaqi və yaradıcılıq böhranından çıxara biləcəyinə ümid edirik. Təbii ki, oradakı ciddi problemlərin və çirklənmiş atmosferin yeni rəhbər üçün ciddi maneə olduğunu da nəzərə almalıyıq. Onu da nəzərə almalıyıq ki, Azərbaycan cəmiyyətinin irəliləyə bilməsi üçün savadlı, ləyaqətli və peşəkar adamların çalışdığı dürüst, maarifləndirici və plüralist TV-yə ehtiyacı vardır. Uğurlar arzulayırıq!".


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR