Şriftin ölçüsü / 469 dəfə oxunub

Ramiz Mehdiyev AMEA-nın iclasında

08 Iyun 2018 [10:29]

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində akademiyanın Ümumi yığıncağı keçirilir.

Yığıncaqda Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev, Nəqiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Kənd təsərrüfatı naziri İnam Kərimov, Təhsil naziri Ceyhun Bayramov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və digər rəsmi şəxslər iştirak edir.

Toplantıda AMEA-nın prezidenti seçiləcək və Rəyasət Heyətinin yeni tərkibi müəyyənləşəcək.

Yığıncaqda Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə 2017- ci il üzrə fəaliyyətinə dair hesabatını təqdim edib. O qeyd edib ki, ötən il keçirilən AMEA- nın üzvlüyünə seçkilərdə Akademiyanın 16 həqiqi üzvü, 25 müxbir üzvü seçilib: "Respublika üzrə 12 nəfər alim " AMEA- nın professoru" adına layiq görülüb. Elmi müəssisələri tərəfindən 2017-ci ildə 70-dən artıq əməkdaşkıq sənədi imzalanıb. 50-dən çox beynəlxalq tədbir keçirilib. Hesabat ilində 1500-ə yaxın elmi tədqiqat işi aparılıb, alınmış elmi nəticələr əsasında ümumilikdə 8900 məqalə və tezis , 532 kitab və monoqrafiya nəşr edilib, 50 patent alınıb".




SON XƏBƏRLƏR