ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer “Rusiyada heç kim sosial şəbəkələri bağlamağa hazırlaşmır” - Putin - mia.az
Şriftin ölçüsü / 495 dəfə oxunub

“Rusiyada heç kim sosial şəbəkələri bağlamağa hazırlaşmır” - Putin

07 Iyun 2018 [17:19]
"Rusiyada heç kim sosial şəbəkələri bağlamağa hazırlaşmır”.

"Report” xəbər verir ki, bunu prezident Vladimir Putin "canlı yayım" vaxtı rusiyalı bloqqerlərin "İnstagram” və "YouTube”nin bağlanması haqqında yayılan xəbərlərlə bağlı müraciətlərini şərh edərkən deyib.

"Biz heç nəyi bağlamağa hazırlaşmırıq”, - deyən Vladimir Putin "Telegram”la bağlı vəziyyəti dəqiqləşdirib. O, bildirib ki, 2017-ci ildə Peterburqda terror aktı baş verən zaman xüsusi xidmət orqanları terrorçuların sosial şəbəkədə yazışmalarını izləməyi çatdıra bilmirmiş: "İlk növbədə təhlükəsizlik məsələləridir. Mən təhlükəsizlik orqanlarında işləmişəm. Qadağan etmək asan, həll yolunu tapmaq mürəkkəbdir”.

O etiraf edib ki, azadlığın məkanını, o cümlədən interneti məhdudlaşdırmadan terrorçuluğa qarşı mübarizənin müasir vasitələrindən istifadə etmək vacibdir.

Xatırladaq ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bu il mayın sonunda bildirmişdi ki, terror aktlarının törədilməsinə yardım etdiyi üçün "Telegram”ı bağlamaq lazımdır. Onun sözlərinə görə, terrorçular 2017-ci ilin aprelində Peterburq metrosundakı terrorda bu şəbəkədən istifadə ediblər. Həmin terror aktı nəticəsində 16 nəfər ölmüş, 50-yə yaxın insan xəsarət almışdı. 


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR