Rusiya “Qarabağ”ın danışıqlarda iştirakına münasibət bildirdi

img

07-06-2018 [14:55]


Rusiya xarici işlər naziri Sergey Lavrov Dağlıq Qarabağ separatçılarının danışıqlar masasına qaytarılmasına münasibət bildirib.

Lavrovun sözlərinə görə, rəsmi Moskvanın mövqeyi dəyişməzdir. O, qeyd edib ki, münaqişə Ermənistan və Azərbaycanın iştirakı ilə ATƏT-in Minsk qupunun həmsədrləri vasitəsi ilə sülh yolu həll olunmalıdır.

"Biz ümidvarıq ki, bu optimal formatdır. Rusiya ilə yanaşı digər həmsədr dövlətlər - ABŞ və Fransa da fikirləşir ki, danışıqlar Minsk qrupu vasitəsilə nizamlanma prosesinə zidd olmamalı və bu, Bakı və İrəvanın danışıqları davam etdirməsinə imkan verməlidir. Müəyyən dövrdə "Dağlıq Qarabağ" danışıqlarda iştirak edib. Sonra əldə olunana razılaşmaya əsasən iştirak dayandırıldı. ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Papov deməyib ki, "Dağlıq Qarabağ" danışıqlar masasına mütləq qayıtmalıdır. Siz onun sözlərini təhrif etməyin.

Əgər münaqişə tərəfləri hansısa mərhələdə "Dağlıq Qarabağ"ın danışıqlarda iştirak etməsi barədə razılığa gəlsələr, biz bu qərara hörmət edəcəyik”.



Digər xəbərlər
SON XƏBƏRLƏR