07-06-2018 [08:31]
Qoç - Günün ilk yarısında yaradıcılıq potensialı yüksəkdir. Əvvəllər çözə bilmədiyiiz bir neçə problemi asanlıqla həll edəcəksiniz.
Məsləhət və göstərişləriniz yaxın ətrafınızdakı insanların xoşuna gələcək. Yeni müttəfiq və tərəfdaş tapmaq şansı var.
Günün yaratdığı imkanlardan yararlanmaq üçün səy göstərmək gərəkdir. Tənbəllik etməyin, işləri təxirə salmayın. İndi aktiv fəaliyyət zamanıdır.
Günün ikinci yarısında maliyyə çətinliklərinin əhvalınızı pozması istisna deyil.
Pərişan olmayın. Hər şey ilk baxışdan göründüyü kimi pis deyil.
Buğa - Kiçik problemlər, xırda anlaşılmazlıqlar, sizi təbdən çıxaran nüanslar günüdür. Neqativ emosiyalar baş verənləri dəqiq qiymətləndirməyə mane olur.
Halbuki işlərin axarı o qədər də pis deyil. İşlə bağlı, şəxsi həyatda da problemlər təcili həllini tələb edir. Prioritetləri nə qədər tez müəyyənləşdirsəniz, bir o qədər yaxşıdır.
Maliyyə çətinlikləri yarana bilər. Planlaşdırılmamış alış-verişdən, bahalı əyləncədən imtina edin.
Yaşam potensialının səviyyəsi aşağıdır. Günün ikinci yarısında travma və ağrı riski var. Ağır işə başlamayın.
Əkizlər - Əlverişli, işdə və şəxsi münasibətlərdə yeni perspektivlərlə imkanlar yaradan gündür. İctimai həyatda aktiv iştirak edin. Tədbirlərə qatılın, vaxtınızı maraqlı keçirin.
Nüfuzlu insanlarla görüş və danışıqlarda xeyir var. Yeni hami, sizə dəstək olacaq insan tapa bilərsiniz.
Alış-veriş üçün əlverişli gündür.
Güzəştlərə getmək gərəkdir. Bir addım geri çəkilsəniz, nüfuzunuza zərbə dəyməz, münasibətlərdə sərinlik yaranmaz. Yaxın ətrafınızdakı insanlara qarşı irəli sürdüyünüz tələblər məntiqidir.
Ailəlisinizsə, uşaqlarla dil tapın. Sərt və aqressiv olmayın.
Xərçəng - İşlə bağlı istənilən məsələlərin müzakirəsi üçün əlverişli gündür. Danışıqlar çətin olsa da, emosiyaların əsiri olmayın.
Mövqeyinizi təmkinlə, səbrlə müdafiə edin və opponentlərin rəğbətini qazanın. Nüfuzlu şəxslərlə, dövlət qurumlarının nümayəndələri ilə ünsiyyət üçün yaxşı gündür.
Hüquqi məsələləri həll etmək olar.
Axşam saatlarında yaşam potensialı bir qədər aşağı düşəcək.
Səhhətdə problemin yaranması istisna deyil. Uzunmüddətli səfər, idmanla çox məşğul olmaq məsləhət deyil.
Təmir və ya evdə dəyişikliklər üçün əlverişli gün deyil.
Şir - Günün ilk yarısında ehtiyatlı olun. Səhvə yol vermək çox asandır. Hesabat hazırlamaq, maliyyə məsələlərini həll etmək, alış-verişdə iri məbləğdə pul xərcləmək məsləhət deyil. Müsbət təmayüllərin təsiri güclənir.
İşlərdə qayda yaratmaq, əvvəl başlanmış layihələri başa vurmaq imkanı yaranır.
İşləri bir qədər azaldın. İfrat yorulmağa ehtiyac yoxdur.
Axşam saatlarını evdən kənarda keçirin. Səfərdən imtina edin. Yaxınlarınızı sevindirin.
Həssas və diqqətli olun.
Qız - Müsbət təmayüllərin təsiri güclüdür, gün ümumən uğurludur. Lakin məqsədə çatmaq üçün ciddi səy göstərməli olacaqsınız.
Bədxahlarınız irəliləyişinizə mane olmaq, yolunuzda sədlər yaratmaq üçün əllərindən gələni edirlər. Təmkinli, sakit olun.
Situasiyanı dəqiq və səhih dəyərləndirin, necə addım atmağın gərəkdiyini müəyyənləşdirin.
Təhsil və tədris üçün əlverişli gündür.
Mühüm informasiya və yaxud məlumatın yadda saxlanması ilə bağlı problem yoxdur. Əldə etdiyiniz biliyi dərhal tətbiq edin.
İmkanınız varsa, alış-veriş üçün əlverişli vaxtdır.
Axşam saatlarında səhv etməyin.
Tərəzi - Səbrli, dözümlü olun. Gün böyük uğurlar və ya önəmli qələbə vəd etmir. Məqsədə çatmaq üçün vaxt gərəkdir.
Boş söhbətlərə qatılmayın, yoxlanmamış məlumatlar yaymayın. Sizin üçün önəmli insanlarla yaxşı münasibətləri qorumaq üçün açıqlamalarınızda, sözlərinizdə ehtiyatlı olun.
Yeni tanışlıqlar üçün uğurlu gün deyil. Xoş təəssürat bağışlaya bilməyəcəksiniz. Yaxın ətrafınızdakı insanların reaksiyalarını dəyərləndirmək asan deyil.
Sevimli insanla həssas olun, diqqətli davranın. Onun sizin dəstəyinizə ehtiyacı var.
Əqrəb - Əlahiddə uğurlara rəğmən, gün əlverişli deyil. Qələbələr sizə kiçik, məğlubiyyət və ya uğursuzluq isə fəlakət təsiri bağışlayacaq.
Əslində belə deyil. Bir qədər düşünün: heç də pis olmayan nəticələr əldə olunub, qiymətli təcrübəyə yiyələnibsiniz. Sənədlərlə çalışmaq, hesabatlar hazırlamaq məsləhət deyil.
Fikriniz dağınıqdır, həmişəki günlərdən fərqli olaraq daha tez-tez səhvlərə yol verirsiniz.
Yaxşı dost məclisində və ya ailə üzvlərinizin yanında istirahətdən həzz alacaqsınız.
Bir şərtlə ki, bütün təşkilati məsələləri əvvəlcədən həll edərək işi gümana bağlamayasınız.
Səfər varsa, diqqətli olun.
Axşam saatları kulinar eksperimentlər üçün yaxşı vaxtdır.
Oxatan - İşlə bağlı problemlərdən qurtulmaq mümkün deyil. Bütün diqqəti işə yönəldin, səhvləri sıralamayın.
Həmkarlar və tərəfdaşlardan biri yaxşı məsləhət verəcək. Fəqət hər şeyə rəğmən yalnız öz intuisiyanıza güvənin. Sayıq və məntiqli olun.
Sövdələşmə və müqavilə, yeni layihə üçün əlverişli gün deyil. Bir dəfə sizi aldatmış insanlarla yenidən hansısa işə başlamayın.
Günün ikinci yarısında iş tempini aşağı salmaqla əhvalınızın yaxşılaşacağını düşünürsünüzsə, yanılırsınız. Darıxmamaq üçün maraqlı məşğuliyyət tapın.
Oğlaq - Günün ilk yarısı qarışıq, təbəddülatlı və əndişəli vaxtdır. Kiçik problemlər, işdə anlaşılması mürəkkəb təxirəsalmalar yaşanır.
Nə baş verdiyini araşdırın, qayda yaradın. Səyləriniz hədər getməsin.
Maliyyə fonu uğurlu deyil. Bu gün imzalanan müqavilə, əldə edilən razılaşma, yatırılan sərmayə uğurlu olmayacaq.
Alış-verişdə çox pul xərcləməyin.
Dostlar və qohumların yardımına bel bağlaya bilərsiniz. Yaxınlarınız sizi dinləyəcək, məsləhət verəcək, real kömək göstərəcəklər. Səfərə çıxmaq məsləhət deyil.
Boş vaxtınızı evdə keçirin, zamanınızı sevdiyiniz məşğuliyyətə həsr edin.
Dolça - Aktiv hadisələrlə zəngin gündür. Darıxmağa vaxt olmayacaq. İşlə bağlı yeni tələblər, sifarişlər və məsələlər peyda olur.
Onları vaxtında həll etməyə çalışın. Liderlik keyfiyyətinizi, təşkilatçılıq qabiliyyətinizi göstərin. İş yerini dəyişmək üçün əlverişli gündür.
Yeni işdə və ya sifarişin yerinə yetirildiyi yerdə müttəfiq tapacaqsınız.
Sərt danışmayın. Sizdən inciməyəcəklər, çünki haqlısınız.
Buna rəğmən, münasibətləri gərginləşdirə biləcək sözlər deməyin.
Ailə problemini həll etmək, çətin vəziyyətə düşmüş qohumlara yardım etmək imkanları var.
Balıqlar - Asan gün deyil. Sağlam məntiq və praktiki davranış çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək. Planlarınızda dəyişikliklər etməyə hazır olun.
İmprovizə edin. Belədə şərtlər sizinə leyhinizə olsa da, gərəkli nəticələr əldə edəcəksiniz. Mühüm məlumatların alınması, məhsuldar telefon danışıqlarının aparılması istisna deyil.
İndiyədək çətin vəziyyətlərdə dəfələrlə sizə yardım etmiş insanlarla görüş mümkündür.
Həmin adam sizə işgüzar təklif edə bilər.
İş məsələləri və şəxsi münasibətləri qarışdırmayın.
Axşam saatları romantik emosiyalar üçün əlverişli deyil. Köhnə, unudulmuş əlaqələri bərpa etməyə çalışmayın.
Milli.az
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)