Ramin Hacılı ölkədən qaçarkən saxlanıldı

img

06-06-2018 [10:42]


Bu ilin iyunun 4-də DSX-nin sərhəd qoşunlarının Zaqa­tala sərhəd dəstəsinin hərbi qulluqçuları tərəfindən Ba­la­kən rayo­nu­nun Mazımqara kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin po­zulmasının qarşısı alınıb.

Mia.az DSX-yə istinadən xəbər verir ki, həmin tarixdə sərhəd naryadı tərəfindən dövlət sərhədində 2 nəfər Azər­baycan vətəndaşı – 1983-cü il tə­vəllüdlü Hacılı Ramin Rasim oğlu və 1988-ci il təvəllüdlü Qa­sı­mov Fəx­rəddin Azad oğlu saxlanılıblar.

İlkin araşdırma zamanı R.Hacılı ölkədən çıxışına qadağa qoyul­ması səbəbindən dövlət sərhədindən buraxılış məntəqələrindən ölkə ərazisini tərk edə bilməməsini və sərhəd zastavasının xidməti sahə­sindən dövlət sərhədini pozmaqla qanunsuz yolla Gürcüstan ərazi­sinə keçməyə cəhd etməsini, F.Qasımovun isə bu əməlin həyata keçiril­mə­­­sində ona köməklik et­məsini etiraf edib. F.Qasımov tərəfindən də eyni məzmunlu ifadə verilib.

R.Hacılı 250 min manat həddində borclarının olmasını, xaricə getməklə bu borcları işləyərək qay­tar­mağa çalışmasını bildirib.

Saxlanılmış şəxslər barəsində Azərbaycan Cina­yət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanıl­ıb.

Qeyd edək ki,R.Hacılı ABŞ-a getmək istəyən şəxslərə viza almaq üçün saxta sənəd hazırlamaqda təqsirli bilinib. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə R.Hacılıya 2 il sınaq müddəti olmaqla şərti cəza verilib və ölkədən çıxışına qadağa qoyulub.



Digər xəbərlər
SON XƏBƏRLƏR