Ramazan ayının 21-ci gününün duası - İmsak və iftar vaxtı

img

05-06-2018 [22:58]


Bu gün Azərbaycanda Ramazan ayının 20-ci günüdür.

Mia.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 6-da imsak saat 03:22, iftar isə 20:24-dədir.

Ramazan ayının 21-ci gününün duası:

"Allahumməc’əl li fihi ila mərzatikə dəlilən və la təc’əl liş-şəytani fihi ələyyə səbilən vəc’əlil-cənnətə li mənzilən və məqilən ya qaziyə həvaicət-talibin!”

Tərcüməsi:

Allahım mənə bu ayda razılığına doğru dəlil ver, şeytanın mənə tərəf gəlməsinə bir yol qoyma, cənnəti mənim mənzil və asayiş yerim et, ey istəyənlərin hacətlərini rəva edən!

İftar duası:

"Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

"İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Qeyd edək ki, Bakı üçün nəzərdə tutulan oruca başlama (imsaq) və orucu açmaq (iftar) vaxtları Qafqaz Müsəlmaları İdarəsinin rəsmi internet saytından götürülüb.

Oruc tutanlar hər ehtimala qarşı imsaq üçün göstərilən vaxtdan 10-15 dəqiqə əvvəl yemək, içmək və s. orucu batil edən əməlləri tərk etməlidir. Belə ki, cədvəllərdə olan fərqlilik bu addımı zəruri hala gətirir.


Digər xəbərlər
SON XƏBƏRLƏR