Gülər Əhmədova eks-deputat kimi pensiya alacaq

img

04-06-2018 [23:06]


Milli Məclisin sabiq deputatı Gülər Əhmədovaya eks-deputat pensiyası təyin oluna bilər.

Bu barədə onun hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov bildirib.

"1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin qərarına əsasən, Gülər Mikayıl qızı Əhmədovaya 30.05.2017-ci il tarixdən 2-ci dərəcə əlillik təyin olunması vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilib. Bu qərara görə hakim Elçin Məmmədova təşəkkür edirəm!”, - deyə vəkil bildirib.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova deputat mandatından imtina edib. G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib.

2013-cü ilin dekabrındaBakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G. Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökm zamanı onun ilk dəfə cinayət törətməsi, 3 dəfə deputat olması, ictimai-siyasi fəaliyyəti, müxtəlif xəstəliklərdən əziyyət çəkməsi, şəxsiyyəti, himayəsində yetkinlik yaşına çatmayan övladının olması məhkəmə tərəfindən yüngülləşdirici hal kimi nəzərə alınıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.

2014-cü ilin mayında Bakı Apellyasiya Məhkəməsi Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla Gülər Əhmədova barəsində 3 il sınaq müddəti təyin olunmaqla cəzası şərti hesab edilib. Gülər Əhmədova məhkəmə zalından azadlığa buraxılıb/Modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR