İdmançımız Avropa çempionu oldu

img

04-06-2018 [14:05]


Azərbaycan idmançıları Polşanın Qlivitse şəhərində keçirilən ciu-citsu üzrə Avropa çempionatında uğurla çıxış ediblər.

Azərbaycan Ciu-citsu Federasiyasından verilən məlumata görə, Avropa çempionatında ölkəmiz üç idmançı ilə təmsil olunub.

Təmsilçimiz Vüqar Cəfərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Millimizin digər üzvü Elşən İbişov finaladək inamla irəliləyib. Ancaq həlledici görüşdə uduzan idmançımız gümüş medalla kifayətlənib.

Ruslan Seyidov isə əlindən zədə aldığı üçün yarışı yarımçıq bitirmək məcburiyyətində qalıb



Digər xəbərlər
SON XƏBƏRLƏR