Şriftin ölçüsü / 730 dəfə oxunub

Sahil Babayevdan daha bir təyinat - Yeni mətbuat katibi bəlli oldu

04 Iyun 2018 [10:47]
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində yeni təyinat olub.

Mia.az apa-ya istinadən xəbər verir ki, Fazil Talıbov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə mətbuat katibi təyin edilib.

Bu təyinata qədər F.Talıbov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsini icra edib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin aprelin 20-də imzaladığı istehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncamla Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib.

Qeyd edək ki, F.Talıbovdan əvvəl Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev olub.



    SON XƏBƏRLƏR