"Fənərbaxça"nın yeni prezidenti seçildi - Əziz Yıldırım 20 illik taxtından salındı

img

03-06-2018 [20:44]


"Fənərbaxça" klubunun bu gün yeni prezidenti seçilib.

Mia.az xəbər verir ki, 20 min 736 səsdən 16 min 92 səsi qazanan Ali Koç klubun yeni rəhbəri olub.

Klubun 20 ildən çox prezidenti olmuş Əziz Yıldırım isə 4644 səs toplayıb.

Onu da qeyd edək ki, səsvermənin nəticələri açıqlanarkən Yıldırım və tərəfdarları stadionu tərk ediblər.

Yeni prezident Ali Koç isə təbrikləri qəbul edib. O, tərəfdarlar qarşısında çıxış edib və ona səs verənlərə minnətdarlığını ifadə edib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR