Şriftin ölçüsü / 589 dəfə oxunub

"Bakcell, cibə girməkdən əl çək!!!"

03 Iyun 2018 [19:21]
"Bakcell, cibə girməkdən əl çək!!!"

Mia.az xəbər verir ki, bu tələbi jurnalist Nemət Orucov sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, "Bakcell"dən belə bir mesaj alıb: "Yazır ki, iyulun 4-dən balansdan 10 AZN çıxacaq. Səbəb odur ki, iyulun 4-də mənə 5 GB internet veriləcək".

Jurnalist bildirib ki, indiyə qədər Bakcell-dən ayda heç 5 AZN internet götürməyib: "Bunlar pul qazanmaq naminə nələrə getmirlər. Əsl möhtəkirlik, oyunbazlıq, insafsızlıq və nəhayət, cinayət... Bunlar düzələn deyil".

Jurnalistin statusunda "Bakcell"dən narazı olan xeyli həmkarı şərh yazıb, operatorun fəaliyyətini pisləyiblər.

Onu da qeyd edək ki, "Bakcell"in soyğunçuluğuna etiraz edən jurnalistlərin şikayəti ilə bağlı ötən ay şirkətə sorğu verilsə də, hələ bu günədək cavab alınmayıb.

Mia.az


SON XƏBƏRLƏR