Şriftin ölçüsü / 333 dəfə oxunub

Bakıda narkotik alverçisi tutuldu

02 Iyun 2018 [12:36]
Bakıda narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyindən Mia.az-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Əhmədov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan 309 qram heroin, həmçinin tiryək və metadon aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.



SON XƏBƏRLƏR