Rusiya XİN-dən Paşinyana cavab

img

01-06-2018 [19:54]


"Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı səs-küylü bəyanatı konstruktiv deyil".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Nəşr Departamentinin direktor müavini Artyom Kojin bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Səs-küylü bəyanat ATƏT tərəfindən bu məsələ ilə bağlı əsası qoyulan müvafiq relslərə sığımır, yəqin ki, konstruktiv deyil", - deyə o vurğulayıb.

XİN nümayəndəsi Rusiyanın Azərbaycana yeni təyin olunmuş səfiri Mixail Boçarnikovdan gözləntilərinə də toxunub, bü gözləntilərin müsbət olduğunu deyib: "Boçarnikov çox təcrübəli diplomatdır. Yen səfirin qarşısında Rusiya və Azərbaycan arasındakı strateji tərəfdaşlıq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək vəzifəsi dayanır".

Qeyd edək ki, N. Paşinyan separatçı Dağlıq Qarabağ rejiminin danışıqlarda münaqişə tərəfi kimi iştirak etməli olduğunu bəyanat edib.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR