Xəzər Universitetinin təşkilatçılığı ilə beynəlxalq konfrans keçirildi – FOTOLAR

img

01-06-2018 [19:01]


2018-ci il iyunun 1-i və 2-də Bakı şəhərində Xəzər Universitetinin təşkilatçılığı ilə "Tək Sağlamlıq: Problemlər və onun həlli ” mövzusunda 1-ci Beynəlxalq Tək Sağlamlıq Konfransı işinə başlayıb.

Bu barədə Xəzər Universitetinin mətbuat xidmətindən Mia.az-a bildirilib.

Xəzər Universiteti Harvard Universitetinin Planet Sağlamlıq Alyansı konsorsiumunun tərkibinə daxil edilib. Bu Alyans məşhur Rokefeller Fondu tərəfindən maliyyələşdirilən və dünyada 95-dən çox universitet, dövlət təşkilatları və tədqiqat institutları daxil olan bir konsorsiumdur.

Planetar Sağlamlıq Alyansının eyni vaxtda İngiltərənin Edinburq Universitetində ikinci konfransı keçirilir və Xəzər Universitetində keçirilən konfrans Alyans tərəfindən tərəfdaş konfransı kimi elan edilmiş və Azərbaycanda ilk dəfə keçirilir.

Konfransın əsas mövzuları İctimai sağlamlıq, ekosistem (insan, heyvan, bitki, qida və ətraf mühit sağlamlığı) və tək sağlamlıq tədbirləri seçilib. Konfransda insan, heyvan və bitki daxil olmaqla, ən yaxşı səviyyədə sağlam qida və ətraf mühitə nail olmaq üçün yeni Tək Sağlamlıq tədbirləri, xəstəliklərin idarə edilməsi və qarşısının alınması strategiyaları, Azərbaycanda Tək Sağlamlıq potensialının gücləndirilməsi və inkişafı üzrə təqdimatlar və müzakirələr ediləcəyi nəzərdə tutulur. Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri. Prof. Hamlet İsaxanlı konfransda çıxış edib.




Digər xəbərlər
SON XƏBƏRLƏR