Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın oldu

img

01-06-2018 [14:10]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb.
****

Fövqəladə Hallar Nazirliyi Dövlət Sosila Müdafiə Fondunun binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Mia.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 80 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Saat 14:07-də yanğın söndürülüb.

İlkin məlumata görə, binanın 7-ci mərtəbəsindəki iş otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanmışdır. Əlavə məlumat veriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR