Samir Şərifov Milli Məclisin iclasını yarımçıq tərk etdi

img

31-05-2018 [13:45]


Maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasını yarımçıq tərk edib.

Belə ki, bu gün parlamentdə "2017- ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində deputatların qaldırdığı suallara nazir Samir Şərifovun cavab verəcəyi gözlənilirdi. Lakin nazir müzakirələrin bitməsini gözləmədən iclası yarımçıq tərk edib. Onun yerinə isə deputatların suallarına nazir müavini Azər Bayramov cavab verib.

Qeyd edək ki, S. Şərifovun iclası hansı səbəbdən tərk etməsi ilə bağlı məsələyə aydınlıq gətirilməyib.

"Qafqazinfo”

Digər xəbərlər
SON XƏBƏRLƏR