“Vergi Məcəlləsinə ciddi dəyişikliklər gözlənilir” - Komitə sədri

img

31-05-2018 [12:39]


Parlamentin bu gün keçirilən plenar iclasında "2017- ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsi barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

O qeyd edib ki, Milli Məclis dövlət büdcəsinə və bütövlükdə büdcə zərfinə daxil olan qanunların icrasına nəzarət edən bir qurumdur: "Parlament hər zaman mütəmadi olaraq dövlət büdcəsinin icrası ilə bağlı məsələləri müzakirələrə çıxarır. Bu gün dünyada qlobal risklər artır, konfliktlərin sayı azalmaq əvəzinə, çoxalır. Amma bunların müqabilində Azərbaycan dinamik və sürətli inkişaf yolu ilə irəliləyir. 2017- ci ildə dövlət büdcəsinin icrası zamanı kəsir müşahidə olunub. Ancaq bu da obyektiv səbəblərlə bağlıdır.Yəni kəsir də fiziki şəxslərin gəlir vergilərindən yaranıb. Büdcəyə Dövlət Neft Fondundan transfertlərin həcmində azalma var”.

Z. Səmədzadə həmçinin qeyd edib ki, bir sıra müəssisələrin əlavə dəyər vergisindən (ƏDV) azad olunması ilə bağlı araşdırımalar aparılmalıdır: "Bilinməlidir ki, bu azad olunmalar iqtisadi artıma necə təsir edib. Onların obyektiv qiymətləndirilməsini aparmalıyıq. Çünki yalnız bundan sonra Milli Məclis hökumət qarşısında müəyyən problemlərin həlli ilə bağlı məsələ qaldıra bilər”.

Komitə sədri onu da diqqətə çatdırıb ki, Vergilər Nazirliyi Vergi Məcəlləsinə müəyyən ciddi dəyişikliklərin olunması ilə bağlı təkliflər hazırlayıb: "Hesab edirəm ki, bu dəyişikliklər də dövlət büdcəsinin maliyyə təminatının güclənməsinə öz töhvəsini verəcək”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR