“Azərbaycanın mənafeyinə zidd heç nə yoxdur” - Əli Hüseynli

img

31-05-2018 [12:13]


Milli Məclisin bu gün keçirilən yaz sessiyasının sonuncu plenar iclasında "Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununa dəyişikliklər məsələsi müzakirəyə çıxarılıb.

Qanun layihəsi barədə MM-in Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O, qeyd edib ki, dəyişikliklər "Ələt azad iqtisadi zonası haqqında” qanunun qəbulu ilə bağlıdır: "Ona görə də bizim komitə tərəfindən qanuna yenu 5.4-ci yeni maddə əlavə olunması təklif edilir. Belə ki, yeni maddədə göstərilir ki, "Ələt azad iqtisadi zonasının ərazisində "Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir”.

Komitə sədri həmçinin qeyd edib ki, bununla bağlı ciddi müzakirələr gedib: "Bu yeni əlavə olunan maddə Konstitusiyaya tam uyğundur və burada Azərbaycanın maraqlarına zidd olan heç nə yoxdur”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub