Ukrayna kəşfiyyatından Rusiyaya qarşı müdhiş oyun - Öldürüldüyü açıqlanan jurnalistlə bağlı şok plan

img

30-05-2018 [19:35]


Mayın 29-da Kiyevdə öldürüldüyü açıqlanan rusiyalı jurnalist Arkadi Babçenko sağdır.

 APA-nın "112 Ukraina” saytına istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Vasili Qritsak açıqlayıb.

 V. Qritsak deyib ki, A. Babçenkonun öldürülməsi ilə bağlı tarixçə jurnalistə qarşı hazırlanan sui-qəsdi üzə çıxarmağa yönəlmiş tamaşa idi: "Mən Arkadi Babçenkonu üçüncü doğum günü münasibətilə təbrik edirəm”.

Kəşfiyyat rəhbərinin bu sözlərindən sonra A. Babçenko zala daxil olub. V. Qritsak sui-qəsdi Rusiya xüsusi xidmət orqanlarının sifariş etdiyini bildirib. 

"İstintaqla müəyyən edilib ki, Babçenkoya qarşı hazırlanan terror aktı Rusiya kəşfiyyatının öz siyasi baxışlarına görə ölkədən qaçaraq Ukraynaya, eləcə də Avropa ölkələrinə sığınan Rusiya vətəndaşlarının fiziki məhvinə yönəlmiş əməliyyatının yalnız bir elementidir”, - deyə o, söyləyib. 

V. Qritsak sui-qəsdin təşkilatçısının bu gün Kiyevdə yaxalandığını açıqlayıb: "Üç saat əvvəl bu cinayətin təşkilatçısı Kiyev şəhərində bizim tərəfimizdən saxlanılıb. Hazırda bu vətəndaşla bağlı istintaq tədbirləri həyata keçirilir. Onun yaşadığı və müvəqqəti qaldığı yerlərdə axtarış təbirləri aparılır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR