Məktəblilər üçün daha bir vətənpərvərlik layihəsi

img

30-05-2018 [16:59]


Demokratiyanın və Milli Dəyərlərin Təbliği İçtimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə başladığı layihə çərçivəsində Bakı şəhəri 64 saylı tam orta məktəbdə keçirilən "Məktəblərdə şagirdlər arasında vətənpərvərlik hissinin aşılanması istiqamətində sinifdənxaric fəaliyyətin təşkili” mövzusunda həyata keçirilən layihənin növbəti mərhələsini məktəbin akt zalında reallaşdırdı.

Təlim Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlandı. İlk söz alan layıhə rəhbəri, İctimai Birliyin sədri Əli Cəfərov sagirdləri salamladıqdan sonra bir daha layihənin məqsəd və vəzifələri haqqında onlara qısa məlumat verərək bildirdi ki, usaqlar bilirsiniz ki, bu günlər bizim üçün əziz günlərdi, çünkü bizim varlığımızı təstiq edən cümhüriyyətimizin yaranışının 100 illiyini qeyd edirik. 1918 ci ildə may ayının 28 də biz öz müstəqilliyimizi elan etdik və müstəqil bir dövlət kimi dünyaya öz varlığımızı təstiq etdik. Əli Cəfərov cümhüriyyət qurucuları və onların xidmətləri haqqında qısa və məzmunlu məlumat verəndən sonra cumhuriyyət və müstəqillik haqqında usaqların bilik və bacarığını yoxlamaq məqsədilə müxtəlif suallar verdi. Daha sonra natiq təsüf hissilə bildirdi ki, gənclərimiz Milli Qəhrəmanlarımız, eləcə də 20 Yanvar Şəhidlərimiz haqqında çox səthi biliklərə malikdirlər.

Sonra çıxış üçün söz təlimçi Cavid Cəfərzadəyə verildi. O, Cümhuriyyətimizin 100 illiyi münasibətilə usaqları təbrik edərək bildirdi ki Vətən uğrunda canlarını fəda edən qəhrəmanlarımızın necə mübariz, qəhrəman oğul və qızlar olduqlarını təlim iştirakçılarına çatdırdı. Cavid müəllim bildirdi ki təlim planına uyğun olaraq biz bu gün sizinlə mövzulə əlaqədar olaraq disput kecirtməliyik. Ən əvvəl sizə bildirim ki, disput deyəndə hər hansı aktual bir mövzunun irəli sürülməsi və həmin mövzu ətrafında fikir mübadiləsi aparılması deməkdir. Disputda çıxış edənlər növbəilə çıxış edir, bir birilərini dinləmək mədəniyyəti olur və fikirlərini əsaslandırırlar. Çağdaş zamanımızda da mübahisələr, çəkişmələr, ziddiyətlər yeni formalarla davam etməkdədir. Yeni texniki vasitələr çəkişmələrin daha geniş kütlələr arasında aparılması üçün imkanlar vermişdir. Artıq çəkişmələrə millionlarla insan cəlb olunmuşdur. Hal hazırda siyasi xadimlər, iqtisadçılar, siyasətçilər, incəsənət adamları, alimlər, filosoflar və başqa sahələrin nümayəndələri televiziya, radio, internet vasitəsi ilə bütün ölkələrdə çeşidli səviyyələrdə mübahisələr aparırlar. Bizim bu günkü mövzumuz azərbaycanın müstəqilliyi, müstəqilliyimizə mane törədən aminlər və eyni zamanda 20 yanvar hadisəsi və onu doğuran aminlər haqda olacaqdır. Təlimçi usaqlara asağıdakı mövzuda suallar verdi. " Cümhuriyyətin 100 illiyi bizə hansə təsir bağışlayırt”, "Bu gün dövlətin müstəqilliyinin möhkəmlənməsi istiqamətində hansı addımlar atılır”, "Vətən hardan başlanır”, "20 Yanvar, Xocalı soyqırımı haqqında nə düşünürsünüz”, "Cümhuriyyətin qurucularından kimi tanıyırsınız”, "Qarabağ münaqişəsində bizə ən yaxın dəstək olan dövlət hansıdır və bunu necə izah edə bilərsiniz” kimi suallarla uşaqlarla fikir mübadiləsi aparan Cavid müəllim bir daha uşaqlrada əvvəldə bu günıə kimi keçirilən mövzuları təkrarlamış oldular. Təlimin sonunda usaqlara həvəsləndirici diplomlar verildi.

Təlimin sonunda Layihənin rəhbəri Əli Cəfərov bildirdi ki, Qarabağ dünənin, bu günün, sabahın problemidir. Bu mövzuda təlimlərin, tədbirlərin orta məktəblərdə təbliği uşaqlarda Vətənə, ətraf mühitə, ailəyə, cəmiyyətə sevgi hisslərini aşılayır, bununla yanaşı onları şəxsiyyətyönümlü bir vətəndaş kimi formalaşmağa sövq edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR