Mübariz İbrahimovun adını daşıyan lisey birinciliyini qoruyur

img

30-05-2018 [15:09]


Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Lisey-Məktəb Kompleksi 2017-2018-ci il 13 may və 20 may tarixlərində keçirilmiş ali məktəblərə qəbul imtahanlarında yüksək orta göstərici əldə edib.

Məktəb kompleksindən "Qafqazinfo”ya daxil olan məlumata görə, bu nəticə hər iki imtahana görə 621 baldır. Kompleks əldə etdikləri nəticəyə görə ardıcıl olaraq 4-cü dəfə respublika birinciliyinə çox yaxındır. Bu vaxta qədər qəbul nəticələrinə görə 3 şagird prezident təqaüdü qazanıb. Şagirdlərin ali məktəblərə qəbul göstəricisi isə 100% olub.

Xatırladaq ki, Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin məzunlarının ali məktəblərə qəbul üzrə ümumi orta balı 2014/2015-ci tədris ili imtahanlarında 623, 2015/2016-cı tədris ilində 607, 2016-2017 -ci il tədris ilində isə 636 olub. 2016-2017-ci ildə qeyd olunan uğur respublikada bu günə qədər əldə olunmuş ən yüksək göstəricidir.



Digər xəbərlər
SON XƏBƏRLƏR