Şriftin ölçüsü / 598 dəfə oxunub

Türkiyə mətbuatı Milli Məclisin deputatının “ŞAH və ...MAT” məqaləsinə geniş yer verib

30 May 2018 [13:43]
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı publisist İmamverdi İsmayılovun müəllifi olduğu "ŞAH və ...MAT” sərlövhəli məqalə Türkiyə mətbuatında böyük maraq doğurub.

Qardaş ölkənin aparıcı "İhlas” xəbər agentliyi (İHA), eləcə də çoxtirajlı "Millət” qəzetinin məqalə barədə yaydıqları informasiya ölkə KİV-ləri tərəfindən sürətlə tirajlanıb.

"Əliyev qazandı, Azərbaycan qazandı” sərlövhəsi ilə yayılan informasiya www.karspress.com, www.kocaelihaberdunyasi.com, www.hedefhalk.com, www.igdirim76.com, www.haberler.com, www.hedefhalk.com, www.mansetistanbul.com, www.efahaber.com və s. xəbər portalları tərəfindən də türkdilli oxuculara təqdim olunub.

"Prezident İlham Əliyevə Azərbaycan parlamentinin deputatı İmamverdi İsmayılovdan xoş ovqatlı sözlər” ifadəsi ilə başlanan informasiyada deputatın müəllifi olduğu məqalə təhlil olunur və orda yazılan fikir və mülahizələr yüksək dəyərləndirilir.

"ŞAH və ...MAT” məqaləsində ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycanın dövlət müstəqilliyinin qorunması istiqamətində Ulu Öndərimizin qəbul etdiyi tarixi qərarlardan, eləcə də liderlik xüsusiyyətlərindən, həmçinin Prezident İlham Əliyevin möhtəşəm siyasi qələbəsini gerçəkləşdirən amillərdən bəhs olunur.

"Azərbaycan Prezidenti insanlara, fakt və hadisələrə, proseslərə münasibətində dürüst davranır və başqalarının da bu qaydalara əməl etməsini arzulayır”, - fikri ilə dövlətimizin başçısı haqqında düşüncələrini davam etdirən müəllif məqaləni belə tamamlayır: "Qalibiyyət Prezidentimizə çox yaraşır... Qalibiyyət Azərbaycanımıza çox yaraşır...”

Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul



SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...