“Qəhrəman döyüşçülər və şəhidlərin ictimaiyyət arasında təbliği” layihəsinin qalibləri müəyyənləşdi

img

30-05-2018 [12:31]


"Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün maliyyə yardımının alınması barədə elan etdiyi müsabiqədə "Qəhrəman döyüşçülər və şəhidlərin ictimaiyyət arasında təbliği” layihəsi ilə iştirak etmiş və müsabiqənin qaliblərindən olub.

Layihə çərçivəsində 25 və 26 may 2018-ci il tarixlərində Qusar rayonunda Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulması məqsədilə, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olmuş Əmiraslan Xəlil oğlu Xeyirbəyovun 25 may 2018-ci il tarixində Qusar rayonu Cağarqışlaq kənd tam orta məktəbində və Bəhruz Əzbər oğlu Ağaverdiyevin 26 may 2018-ci il tarixində Qusar rayonu Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbində anım mərasimləri məktəblilər arasında həyata keçirilib.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin nümayəndəsi Emil Hacızadə, QMƏVŞAİİB-nin sədri Canəli Səbiyulla, Qusar rayonu Cağarqışlaq kənd tam orta məktəbin direktoru Elburus Məhsimov, Qusar rayonu Bəhruz Ağaverdiyev adına 1 saylı tam orta məktəbin direktoru Arif Xəlilov, şəhid Əmiraslan Xeyirbəyovun ailə üzvləri, şəhid Bəhruz Ağaverdiyevin ailə üzvləri, məktəblərin müəllim və şağird kollektivi iştirak etdilər.

Tədbirdən öncə Qarabağ qaziləri məktəblilərlə Milli Qəhrəman Çinğiz Qurbanovun, şəhid Əmiraslan Xeyirbəyovun və şəhid Bəhruz Ağaverdiyev məzarları ziyarət olundu. Sonra tədbir məktəbdə davam etdirildi. Mərasim dövlət himnimizin səsləndirilməsi ilə başlanıb və bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə "Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov donor təşkilat haqqında və layihə haqqında məlumat verdi. O, həmçinin qeyd etdi ki, Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin həmişə uca tutulmasından və gənclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi elə vacib işlərdəndir ki, bunun həmişə davamı olacaqdır.
Tədbirdə şagirdlərin hazırladığı şeir və kompaziya maraqla izlənildi.
Şəhidlərin ailə üzvləri və yaxınları da çıxış edərək, şəhidlərə qarşı göstərilən ehtirama görə tədbir iştirakçılarına, eləcə də anım tədbirini təşkil edənlərə öz minnətdarlığını bildirdilər.
Bunla da tədbir yekunlaşdı.



Digər xəbərlər
SON XƏBƏRLƏR