Azərbaycan sərhədini pozan əcnəbilər tutuldular

img

30-05-2018 [10:29]


Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən DİN əməkdaşları ilə birgə keçirilmiş sərhəd axtarışı və əməliyyat təd­birləri nəticəsində İmişli rayonu ərazisində Cəbrayıl rayonunun məc­buri köçkünlərinin məskunlaşdığı 6 nömrəli qəsəbədə İran İslam Respub­likasından Azərbaycan Republikası istiqamətində dövlət sər­hə­dini pozmuş İran vətəndaşı 1987-ci il təvəllüdlü Əhmədli Vəhid Hey­dər oğlu saxlanılıb.

DSX-dan Mia.az-a verilən məlumata görə, sərhəd pozucusunun dindirilməsi nəticəsində onun Azərbaycan ərazisinə rəsmi yolla gəlmiş 5 nəfər Banqladeş vətən­daşına bələd­çi­lik edərək İran ərazisinə qanunsuz keçirmək niyyəti ilə dövlət sər­hədini pozması müəyyən edilib. Tə­xirə­salın­maz əməliy­yat-axtarış tədbirləri nəticəsində Banqladeş vətən­daşları – 1993-cü il təvəl­lüdlü Mahammad Calal Ud­din, 1994-cü il tə­vəl­lüdlü Axmed Ma­lik Minbarali, 1995-ci il tə­vəllüdlü Min­haj Uddin Cabed, 1998-ci il təvəl­lüdlü Abdul Kazim Tolukber, 1999-cu il tə­vəl­lüdlü Mahammad Ebad Mo­zumber şübhəli şəxs qis­min­də saxla­nıl­ıb­lar.

Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq təd­bir­ləri həyata keçirilir.



Digər xəbərlər
SON XƏBƏRLƏR