ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer Kosmos, əslində kim tərəfindən kəşf olunmalı idi? - mia.az
Şriftin ölçüsü / 864 dəfə oxunub

Kosmos, əslində kim tərəfindən kəşf olunmalı idi?

29 May 2018 [20:29]
ATİF İslam oğlu İSLAMZADƏ

Filologiya üzrə fəlsəfə doktoru


***


Kosmos necə kəşf olunmalıydı, necə kəşf olundu? Kosmosun kəşfi Rusiya və ABŞ dövlətləri ilə bağlı olmalıydımı? 

Bu suallara aydınlıq gətirməmişdən öncə bir həqiqəti qeyd etmək lazımdır. Göyə uçmaq, onu öyrənmək adəm oğlunun ən əsas arzularından olmuşdur. Hələ böyük alim Xoca Nəsirəddin Tusi rəsədxana açmamış onu əsaslandırırdı ki, "Göydən gələcək bəlanın və təhlükənin qarşısını almaq üçün öncə göyü öyrənmək lazımdır” ( N.Tusi "Əxlaqi-Nasiri”). Ancaq maraqlı burasındadır ki, hələ N.Tusidən VI əsr qabaq Uca Allah mübarək kitabı Qurani-Kərimdə, xüsusilə kitabın "Ər-Rəhman” surəsinin 33-cü ayətində göyü öyrənməmizi bu şəkildə bəyan etmişdi:

يَا مَعْشَرَ الْجِنِّ وَالْاِنْسِ اِنِ اسْتَطَعْتُمْ اَنْ تَنْفُذُوا مِنْ اَقْطَارِ السَّ مٰوَاتِ وَالْاَرْضِ فَانْفُذُواۜ لَا تَنْفُذُونَ

(33) اِلَّا بِسُلْطَانٍۚ

( Ey cin ve insan toplulukları! Göklerin ve yerin uclarından bucaklarından geçip gitmeye gücünüz yeterse geçip gidin. Büyük bir güc olmadıkca geçip gidemezsiniz ( 55-ci surə, 33-cü ayə)

Türkiyənin Diyanət İşləri Bakanlığının bu izahını əksər təfsirçilər də (şərh edənlər) demək olar ki, eyni şəkildə oxumuşlar.

Elə ayətdən də aşkar görünür ki, burada Uca Allah "İlla bi sultanin” kəlamını bəyan etməklə göylərdən çıxıb gedə bilməyin bir güclə mümkün olduğunu xəbər verir. Ancaq təəssüf ki, müsliman dünyası elmdən uzaq düşməsi səbəbindən bu ayədən ciddi nəticə çıxara biməmişlər.

Bir zaman Allah inancı iə elmi birləşdirə bilən müsliman alimləri şərqin intibah dövrünü yaşamasına nail oldular. Bu barədə dünya miqyaslı yüzlərlə kəşfi misal

çəkmək olar. Ancaq sonra bu tarazlıq pozuldu. Cəhalət və savadsızlıq şərqi geri saldı, geri qalan qərb isə inkişaf etməyə başladı. Elə Avropa intibahının əsas etibarilə XVI əsr olaraq öz alimləri tərəfindən qəbul olunması bunu deməyə əsas verir. Biz cəhalətdən Uca Allahın bizə buyurduğu elmi öyrənməyə, kosmosu kəşf etməyə imkan tapa bilmədik. Çox böyük ibrətdir ki, bu gün şərqin başına göydən tökülən bombalar X.N.Tusinin dediyi kəlamın nə qədər qiymətli olduğundan xəbər verir. Olan olub, keçən keçdi, bəs indi nə etməliyik? Bizə belə gəlir ki, öncə inancla elmi bir qədər aydınlaşdırıb, bunlar arasında bir bağ tapmağa çalışmalıyıq. Bir-birinə qarşı qoymamalıyıq. Bunun üçün bu kiçik yazıda öncə inanc ilə elmin fərqini aydınlaşdırmalıyıq ki, sonra bir-birini tamamlayan cəhətlərini düzgün anlaya bilək.

Allah inancı məntiq deyil. Allah inancı ağıl da deyil. Allah inancı idrakdan üstündür. Kamal ilə Allah inancını qismən anlamaq olar. Allah inancı sevgidir. Allah inancı eşqdir. Allah inancı məhəbbətdir. Allah inancı tərifdə deyil, tərkibdə olur. Ancaq indi çətinlik ondan ibarətdir ki, Allah inancından süni istifadə edənlər çoxalır və sevgi adında min bir hekayət uydurur, o hekayətdə də öz yerini mübarək göstərir. Buna görə də bir çox alimlər sevgi deyib, elmdən uzaq düşən ümmətin fəlakətlərini bildikləri üçün insanı ağıla səsləyir. Ağıla söykənən ayətləri izah etməyə üstünlük verirlər. Bu zaman yenə işlər qarışır. Dini məntiqdən kənarda görməyənlər qeyri-adi heç nəyə inana bilmirlər. Ortaq yol tapmaq olarmı? Allah inancı daşıyın, Allahı, onun peyğəmbərini, bu yolda məşəqqət çəkənləri sevin. Ancaq elmdən də uzaq düşməyin. Axı Uca Allah ilk ayəsində, yəni Qurani-Kərimin "Əlak” surəsinin Allahın adı ilə başlanan hissəsindən sonra "Oxu, oxu, səni xəlq edən Rəbbinin ismiylə oxu” buyurmuşdur. Demək Allah inancı daşımaq və elm öyrənmək lazımdır. İnanc duyğuya, elm ağıla bağlıdır. İnanc ilə ağıl bir yerdə olduqda din öz mahiyyətində olur. Biri birinə qarşı olduqda isə fəsad törəyir. Bu yerdə xarici əllər işə düşür. O əllər ki, əsrlərdir o əllər islamı parçalamaqla məşğuldur. Bir dövrdə xalqa rəvayətlər söyləyib dini mahiyyətindən çıxardır, başqa dövrdə isə xalqı məntiqə səsləmək adıyla xalqı Allah sevgisindən uzaq salır. Ancaq bircə çox böyük kəşflərə imza atan Avropa alimlərini diqqətə alıb

öyrənərkən məlum olur ki, bu alimlərin çox böyük əksəriyyəti Allah inancı daşıyır və elm üçün canından keçir. Elə Avropanın bu gün etiraf etməyə məcbur olduğumuz elm üstünlüyünü də yaradan onlardır, Avropa kütlələri deyil. Kütlələrə qalsa, onlar çox mənasız əyləncələrlə vahiməli inanclar əsasında öz ömürlərini sürürlər. Bu gün Avropada və Qərbdə mövcud olan 13 rəqəminə olan qorxunu müşahidə etmək kifayətdir ki, bu elmi kütlələrin deyil, düşünən beyinlərin meydana qoyduğunun şahidi olasan. Kütlələrə qalsa, bu günün selfi nəsli, XIX əsrin inkivizisiya nəslindən o qədər də fərqli deyil. Hər iki nəsil kiçik mövzuları böyük mövzulardan üstün tutan nəsildir.

Bu gün dünya üçün çox böyük fürsətlər mövcuddur. Eyni anda dünyanın bütün ərazilərində əlaqə qurmaq imkanları vardır. Hər kəs bu imkanlardan öz məqsədləri üçün istifadə edir. Əgər biz də bu gün mobil əyləncələrdən daha çox elmi fürsətlərə zaman ayıra bilsək çox böyük nəticələr əldə edə bilərik. Bunun üçün Allah inancını daşımalı və elmi ciddi şəkildə öyrənib tətbiq etməyi bacarmalıyıq.


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı PDO Kullanımı Warez Mavi orkide Hileli oyun APK Cracked APK muhammet ali özer
SON XƏBƏRLƏR