Şriftin ölçüsü / 445 dəfə oxunub

Jurnalist Araşdırmaları Mərkəzi Masallıda tədbir keçirib

29 May 2018 [17:05]
"Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi "Açıq hökumət quruculuğunda cəmiyyətin informasiya təminatının gücləndirilməsinə dəstək məqsədilə toplantıların təşkili, müzakirələrin aparılması” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Masallı şəhərində baş tutub.

Masallı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Oqtay Mütəllimov demokratik və hüquqi dövlət quruculuğunda medianın rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, mətbuata münasibətdə "açıq qapı" siyasətinin həyata keçirilməsi həm də şəffaflıq mühitinin təminatı baxımdan önəmlidir. O.Mütəllimov bu baxımdan Jurnalist Araşdırmaları Mərkəzi tərəfindən gerçəkləşdirilən layihənin önəmini vurğulayıb.

"Jurnalist Araşdırmaları Mərkəzi” İB-nin sədri Seymur Verdizadə bildirib ki, rəhbərlik etdiyi təşkilat yarandığı gündən dövlət qurumları ilə media arasında münasibətlərə həssas yanaşıb, bu istiqamətdə təşəbbüs və təkliflərlə çıxış edib. "Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyimiz layihə də bir növ ideyalarımızın davamıdır. Biz nə istəyirik? İstəyirik ki, cəmiyyətimiz daha demokratik, şəffaf olsun. Bunu gerçəkləşdirməyin bir yolu cəmiyyətin informasiya ilə təminatından, daha dəqiq desəm, qüsursuz təminatından keçir. Əlbəttə, zaman-zaman obyektiv və subyektiv səbəblərdən mövcud istiqamətdə çoxlu sayda problemlər yaşanıb. Artıq vəziyyətin rəvan məcraya düşdüyü bir şəraitdə belə düşünürük ki, bu sahəni diqqətsiz qoymaq olmaz”
S.Verdizadə qeyd edib ki, cəmiyyətə informasiya verilməsi prosesində əsasən iki tərəf çıxış edir: informasiya verənlər və həmin informasiyanı cəmiyyətə çatdıranlar: "Məsuliyyət eyni dərəcədə hər ikisinə aiddir. Biz istəyirik ki, məsuliyyətli tərəflərin fikirlərini öyrənək, ictimailəşdirək, problemlərin həlli yolları ilə əlaqədar təklifləri qruplaşdıraq”.

Layihənin eksperti Teyfur Mirəlioğlu bildirib ki, informasiya alma imkanları dövlət və ictimai institutların nə dərəcədə cəmiyyətə açıq olmasını, qarşılıqlı əlaqələrin səviyyəsini tarixən əyani əks etdirib. Dünyamızın demokratikləşməyə məhkum olduğu indiki dövrdə bu, inam və etimada əsaslanan vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissələrindəndir: "Təbiidir ki, informasiyalı cəmiyyət anlamının formalaşması birbaşa medianın durumu, informasiya əldə etmə imkanları və informasiya mənbələrinin onun  üzünə  nə dərəcədə  açıqlığı ilə sıx surətdə bağlıdır. İnsan haqlarından, demokratikləşmədən bəşəri miqyasda söhbətlərin getdiyi, müzakirələrin açıldığı bir vaxtda indi dünya dövlətlərinin əksəriyyətində söz və mətbuat azadlığının, o cümlədən ilk mənbədən məlumat alınmasının təminatına yönələn hüquqi aktlar mövcuddur. Doğrudur mediaya bir orqanizm kimi hər yerdə eyni rakursdan baxılır:onun dəqiqlik, obyektivlik, operativlik və balans prinsipləri ictimaiyyətin müxtəlif tərzdə düşünən təbəqələrinə məxsus fikirlərin eyni məxəzdən səslənməsinə, demokratiyanın birbaşa atributlarından sayılan fikir plüralizminin təminatına xidmət etməlidir".




SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...