Şriftin ölçüsü / 579 dəfə oxunub

Dünya Çempionatına görə Rusiya terror ola bilər - XƏBƏRDARLIQ

29 May 2018 [15:52]

Polşa xarici işlər nazirliyi öz vətəndaşlarına Rusiyaya getməmək barədə xəbərdarlıq edib.

 

Modern.az Polşa XİN-nin rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb kimi futbol üzrə dünya çempionatının keçirilməsi göstərilib.

 

"Rusiyada terror hücumları təhlükəsi var. Bu təhlükə 14.06-15.07 tarixlərində futbol üzrə dünya çempionatı səbəbi ilə güclənə bilər. Turnirin keçiriləcəyi şəhərlərdə hücumu istisna etmək olmaz”.

 

Nazirlik öz vətəndaşlarını çempionatın keçiriləcəyi şəhərlərdən savayı, Şimali Qafqaz, Çeçenistan, Dağıstan, Qaraçay-Çərkəz, Şimali Osetiya, Kabardin-Balkar və İnquşetiyaya getməkdən çəkinməyi məsləhət görüb.

 

Həmçinin Ukrayna ərazisi olan Krımı ziyarət də məsləhət görülməyib. Məsələ həmin ərazilərin rəsmi surətdə Ukrayna ərazisi olduğu üçün oradakı Polşa vətəndaşlarına konsulluq yardımını gödtərilə bilinməmədiyi ilə bağlıdır.



SON XƏBƏRLƏR