Şriftin ölçüsü / 541 dəfə oxunub

Festivallar Festivalının baş mükafatı Azərbaycana gətirildi

29 May 2018 [15:14]

Mayın 24-dən 28-dək Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin "LiFFt-2018” ədəbiyyat üzrə üçüncü festivallar festivalı keçirilib.

30-dan artıq ölkədən, eləcə də Rusiyanın 50 regionundan nümayəndələrin qatıldığı nüfuzlu festivalda bu il ilk dəfə Azərbaycanın və qardaş Türkiyənin də yazarları iştirak ediblər.

Proqramında böyük ədəbiyyat forumu, müxtəlif müsabiqələr, dəyirmi masalar, ustad dərsləri, seminarlar, sərgilər, kitab təqdimatları, kitab yarmarkaları, maraqlı incəsənət proqramları yer alan festival mayin 27-də Soçi şəhərinin Mərkəzi konsert salonunda keçirilən qala gecə ilə yekunlaşıb. Rusiyanın və qonşu ölkələrin dövlət və hökumət rəsmilərinin, səfirlik əməkdaşlarının, Rusiyanın aparıcı mediasının, eləcə də materikin bir neçə olkəsindən gəlmiş jurnalistlərın təşrif buyurduğu bu mərasim Azərbaycan üçün qürurverici keçib. Belə ki, festivalın baş mükafatı münsiflər heyətinin yekdil qərarı ilə Azərbaycan yazıçısı Varis Yolçuyevə təqdim olunub.

Çexiyadan, Avstriyadan, Rusiyadan, Monqolustandan, Almaniyadan və Fransadan olan vitse-laureatlar gümüş və bürünc medallarla təltif olunublar. Bütün digər festival iştirakçıları isə fəxri diplomlara və festival iştirakçısı sertifikatlarına layiq görülüblər.

Festivalın qalibi olmuş həmyerliyimizə qızıl medal, "Qizil LiFFt” seriyasından yüksək tirajla "Metamorfoza" romanının çapı müqaviləsi, qiymətli hədiyyələr təqdim olunub. Təltif mərasimində, eləcə də "Rossiya” telekanalına müsahibə verərkən yazıçımız bu qələbəsini Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr etdiyini söyləyib.

Xatırladaq ki, əvvəlki iki "LiFFt” festivallar festivalının qalıbləri Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) olublar.



SON XƏBƏRLƏR
15:02 17.08.2018
Rusiya ABŞ-a nota verdi
13:44 17.08.2018
CƏBRAYILLILAR...