Şriftin ölçüsü / 1135 dəfə oxunub

Akif Çovdarov məhkəmədən bəraət istədi

25 May 2018 [17:53]
Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və digərlərinin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə A.Çovdarov çıxış edib. O, barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edib.

Sonra dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinin təmin olunmamasını istəyib.

Məhkəmə Kollegiyası qərarı elan etmək üçün müşavirəyə çıxıb.

Qərar mayın 29-da elan ediləcək.

Qeyd edək ki, ötən il oktyabrın 30-da Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il müddətinə azadlıqdan məhrum edilib.



SON XƏBƏRLƏR