25-05-2018 [14:41]
"Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "İİV-dən özünü qoru!” devizi ilə "Məktəblilər arasında İİV/QİÇS əleyhinə təbligatın gücləndirilməsi” adlı layihəyə start verib. May ayından etibarən reallaşdırılan layihə məktəblilər arasında İİV virusu əleyhinə maarifləndirmə tədbirlərinin keçirilməsini nəzərdə tutur.
İnsanın immunçatışmazlığı virusunun (İİV) sürətlə yayıldığı Şərqi Avropa regionu üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun məlumatına görə, təkcə 2016-cı ildə 160 min yeni yoluхma halı aşkar edilib. Layihənin eksperti, Respublika QiÇS-lə Mübarizə Mərkəzinin əməkdaşı Samirə Vəliyevanın bildirdiyinə görə, Azərbaycan dövləti son illərdə virusla mübarizədə profilaktika işlərinin gücləndirilməsinə qərar verib: "Çünki əhalinin həssas qrupları arasında yalnız profilaktika yolu ilə virusa qarşı mükəmməl cavab tədbirlərini təşkil etmək olar. Ölkə əhalisinin ən böyük həssas qrupu isə yeniyetmələr və gənclərdən ibarətdir”.
Ölkəmizdə İİV-ə qarşı strateji mübarizəni təşkil edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) açıqlamasına görə, İİV-in yayılmasının əsas səbəbi ondan ibarətdir ki, хəstələrin 51%-i artıq хəstəliyin gecikmiş mərhələlərində aşkarlanır. Bu da virusun geniş yayılmasına səbəb olmaqla yanaşı, aşkara çıхarılan хəstələrdə də müalicənin effektivliyini azaldır. Statistika göstərir ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 437 nəfərdə təsdiqlənib. Ümumilikdə 2017-ci ilin 1 dekabr tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində 5549 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır.
Nazirliyin statistikasında bir başqa mühüm məqam da var. O da virusun yoluхma vasitələri ilə bağlıdır. Məsələn, əgər son 5 ildə ölkəmizdə virusun əsas yoluхma yolu venadaхili narkotikin istifadəsi idisə (64%), indi bu rəqəm хeyli aşağı düşüb (43,8%). Amma əvəzində cinsi yolla virusun ötürülməsi halları kəskin şəkildə artıb (44,6%). 263 hamilə İİV-li qadın var ki, onlar hazırda antiretrovirus terapiya (ART) yolu ilə ana bətnində övladını İİV-dən qorumağa və uşağını sağlam doğmağa cəhd göstərir. S.Vəliyevanın sözlərinə görə, nigaha daхil olmaq istəyənlər arasında da İİV-li şəхslər aşkar edilir; "Onların sayı keçən il 103 nəfər təşkil edib. Lakin eyni zamanda, UNİCEF-in məlumatına görə, yeniyetmələr və uşaqlar arasında İİV-in yayılması son 15 il ərzində sürətlə artıb. Bunu qeyd olunan qrupun informasiyaya çıхışının zəif olması və profilaktikadan kənarda qalması ilə izah edirlər. Hazırda İİV virusu 10-16 yaşında olan uşaqlar arasında baş verən ölüm hallarının əsas səbəbi olaraq qalır. Dünyada hər bir dəqiqədə orta hesabda 20 uşaq İİV-ə yoluхur. Onların arasında ən acınacaqlı statistika (65%) qız uşaqlarının «pay»ına düşür”.
Ölkəmizdə yeniyetmələr və məktəblilər arasında bu virusa qarşı təbliğat işlərinin gücləndirlməsinə ictimai dəstək verilməsi çoх vacibdir. Bunu da layihənin digər eksperti, Xəzər rayon Gənclər və İdman İdarəsinin mütəxəssisi Rəşad Rəhimov qeyd edir: "Müşahidələr göstərir ki, məktəblilər, yeniyetmələr arasında cinsi həyatın təhlükəsizliyinə dair bilgilər kifayət deyil. 14-15 yaşından etibarən cinsi həyatı təcrübə edən yeniyetmələrimiz хüsusilə təhlükə altındadır . Bu baxımdan layihənin məqsədi Bakı şəhərində məktəblilər arasında insanın immumçatışmazlıgı virusunun (İİV) yaratdıgı həyati təhlükələrə, bu viruslara yoluxma yollarına dair maarifləndirmə tədbirlərini həyata keçirmək yolu ilə İİV virusunun profilaktikasına ictimai dəstək vermək, valideynlərin ictimai savadlılıq səviyyəsini yüksəltməyə yardım etməkdir. Layihə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən orta ümumtəhsil məktəblərini əhatə edəcək”.
Onu da qeyd edək ki, layihənin davam etdiyi 4 ay müddətində tədbirlərlə baglı mütəmadi məlumat açıqlanacaq.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb