Sürücülük hüququ ilə bağlı qanuna dəyişiklik müzakirə olundu

img

25-05-2018 [13:31]


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında "Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik müzakirə edilib.

Komitə sədri Əli Hüseynlinin rəhbərliyi ilə keçən iclasda layihə barədə məlumat verilib.

Layihə Azərbaycan prezidenti tərəfindən irəli sürülüb. Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, "A”, "B” və "C” kateqoriyaları ilə yanaşı "B1” və "C1” altkateqoriyaları müəyyənləşir. Bu altkateqoriyaya aid olan nəqliyyat vasitələrini idarəetmə hüququ 18 yaşdan etibarən verilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR